Modern.az

Keçmiş mətbuat katibinə “Döyüş əməliyyatı veteranı” medalı verildi

Keçmiş mətbuat katibinə “Döyüş əməliyyatı veteranı” medalı verildi

15 Fevral 2019, 17:41

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub.

Modern.az xəbər verir ki, bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində layiq görülən Əfrahim Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları, eləcə də SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib.

Qeyd edək ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib.

Azərbaycanlı döyüşçü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri alıb.

Daha sonralar Əfrahim Təhməzov Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edib.

Hazırda ehtiyatda olan ədliyyə polkovnikidir.

Əfrahim Təhməzov müxtəlif mövzularda KİV-lərdə çıxışlar edir.

Keçmiş döyüşçü, ehtiyatda olan ədliyyə polkovniki deyib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq əmr verəcəyi andan etibarən silaha sarılmağa, işğal olunmuş torpaqlarımızın canımız və qanımız bahasına azad etməyə hazırdı.

Qeyd edək ki, Əfrahim Təhməzov əvvəllər Hərbi Prokurorluğun mətbuat katibi işləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir