Modern.az

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi

Aktual

15 Fevral 2019, 18:24
Bu gün Çin lideri Si Tsinpin Pekinlə Vaşinqton arasındakı ticarət və iqtisadi problemlərə son qoyaraq martın 1-dək ikitərəfli yeni ticarət sazişi imzalanmasına nail olmaq məqsədilə Pekinə səfər ABŞ maliyyə naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzeri qəbul edib.
 

 Modern.az xəbər verir ki, Çinin ABŞ-la mövcud iqtisadi-ticari mübahisələri əməkdaşlıq yolu ilə həll etmək istədiyini və bu həftə ərzində amerikalı nümayəndələrin iştirakı Pekində aparılan yüksək səviyyəli danışıqlarda irəliləyiş əldə olunduğunu vurğulayıb.



Çin lideri onu da bildirib ki, ABŞ-la ticarət danışıqları gələn həftə Vaşinqtonda davam etdiriləcək. Amerikalı rəsmilər isə vurğulayıblar ki, hələ görüləsi çox iş olsa da, ölkələrinin maraqlarına cavab verən saziş imzalanacağına ümid edirlər.



Qeyd edək ki, Vaşinqton 90 gün ərzində Pekinlə əsas ticarət mübahisələrində razılıq əldə edilməzsə, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldıracağını bəyan edib. Çinə verilən 90 günlük möhlət martın 1-də başa çatacaq.



Tramp həmin vaxtadək çinli həmkarı ilə görüşməyəcəyini deyib. Mənbələr isə bildirir ki, martda ya Floridada, ya da Pekində Trampla Çin lideri Si Tsinpin arasındakı növbəti görüşün keçirilməsi gözlənilir. (azvision.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi