Modern.az

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi

Aktual

15 Fevral 2019, 21:36

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində  fevralın 15-də  Almaniya Bundestaqının üzvü, Bundestaqın xarici siyasət məsələləri üzrə komissiyanın üzvü və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) parlament qrupunun sədr müavini Yohan Vadeful ilə görüşüb. XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi apardılar.

 

Görüş zamanı bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və infrastruktur layihələri müzakirə edildi. Bölgədə dayanıqlı inkişafın və rifahın təmin olunması baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov tərəfindən münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə Bundestaqın üzvünə məlumat verildi.

 

Tərəflər, həmçinin regional və qlobal təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi