Modern.az

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-da fövqəladə vəziyyət elan edildi

15 Fevral 2019, 22:37

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda sənəd imzalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Sara Sanders açıqlama verib. Sara Sanders Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu “Twitter” sosial şəbəkəsində paylaşıb.

 

Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.

 

Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,4 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?