Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

15 Fevral 2019, 23:46

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 66,16 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 63,9 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir