Modern.az

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

Aktual

16 Fevral 2019, 11:12

İsmayıllıda marşrut avtobusu piyadanı vurub.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə İsmayıllı rayonunun mərkəzində baş verib.

 
Belə ki, İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü Bağıyeva Nərgiz Asif qızı rayonun Heydər Əliyev prospektindəki Uşaq Əyləncə Parkının qarşısında avtobusdan düşüb və yolu keçmək istəyərkən sürücü, 1987-ci il təvəllüdlü Babayev Anar Azər oğlu idarə etdiyi "SAZ" markalı 90-JN-759 dövlət nömrə nişanlı minik avtobusu digər sərnişini mindirmək üçün arxaya sürüb.
 
Nəticədə N.Bağıyeva avtobusun altında qalaraq ölüb.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmamaddəsilə cinayət işi başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir