Modern.az

“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev

“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev

Aktual

16 Fevral 2019, 15:29

"Bildiyiniz kimi 4-cü ildir ki, Formula 1 Azərbaycan Qran prisinə hazırlıq gedir. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışın vacib və əvəzolunmaz tərkib hissəsi olan rəhbər marşalların görüşünü təşkil edib".

 

Modern.az xəbər verir ki, bu barədə bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev deyib.

 

Ç.Mehdiyev bildirib ki, bu sahədə atdığımız uğurlu addımlar nəticəsində hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır.

 

 Ötən il 1603 nəfərin marşal olmaq istəyi qeydə alınmışdısa, bu il say 2445 nəfər təşkil edib. Hansı ki, bizim üçün cox sevindirci və qürurverci bir haldır.

 

Qeyd edək ki, bu gün Bakıda marşalların görüşü keçirilib. Görüşdə ötən ilin yekun nəticələri, fevral ayının əvvələrində 1300 nəfərə yaxın marşal üçün start vermiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, formula 1 2019 mövsümü üçün reqlamentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, yarış həftəsi prosedurunun icra planı və ümumilikdə Formula 1 Azərbaycan Qran prisinin gələcəkdə daha da mükəmməl keçməsi predmenti müzakirə olub. Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib.

 

Qeyd edək ki, 2016-ci ildə təlimlər xarici rəhbər marşallar tərəfindən keçirildiyi halda 2017-ci ildən etibarən bu təlimlər yerli rəhbər marşallar tərəfindən keçirilir. Keçmiş mövsümün yekun nəticələrinə rəhbər marşalların təklif və rəyləri müzakirə olduqdan sonra idarə heyəti tərəfindən müvafiq qərarlar qəbul edilir. 3 il ərzində marşallar üçün yaratdığmız təlim və kommunikasiya sistemi, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin idarə heyəti ilə marşallar arasında mövcud olan əlaqə onların bu idman növünə marağı və bağlılığı daha da artırır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi