Paytaxtın bir neçə rayonunun ərazisində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən, 3 ildir ki axtarışda olan şəxs Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 9-cu Polis Bölməsi və DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ildən Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, Şəki şəhər sakini, 56 yaşlı Azər Zəkərəliyev Səbail rayonu ərazisində müəyyən edilərək saxlanılıb.