Modern.az

Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi

Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi

16 Fevral 2019, 19:56

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 16 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının Baş nazirinin müavini, Xarici və Avropa işləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) Modern.az-a verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

 

Tərəflər bir sıra sahələrində ikitərəfli əməkdaşlığın daha irəli aparılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir