Modern.az

Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO

Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO

Aktual

16 Fevral 2019, 20:20

Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb. Modern.az “RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub: "Dağıntının sahəsi təqribən 150 kvadrat metrdir. Bindan 81 tələbə təxliyə edilsə də, 21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur"

 

FHN dağıntının təmir işləri aparılan zaman texniki tələblərin pozulması səbəbindən baş verdiyini hesab edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!