Modern.az

“Neftçi” yenə də xal itirdi

“Neftçi” yenə də xal itirdi

Aktual

16 Fevral 2019, 20:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib. Modern.az "Report"a istinadən xəbər verir ki, həftənin ikinci matçında sonuncu pillədə qərarlaşan "Zirə" lider "Neftçi"ni qəbul edib.

 

Görüş ərzində hər iki komandanın fərqlənmək üçün şansı olsa da, hesab açılmayıb.

 

Bu heç-heçədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. Qonaqlar xallarını 38-ə, meydan sahibləri isə 14-ə çatdırıb.

 

Bu gün keçirilən açılış matçında "Keşlə" evdə "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Tura fevralın 17-də baş tutacaq "Səbail" - "Sabah" və "Qarabağ" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır