Modern.az

Parisdəki aksiyada 26 nəfər saxlanıldı

Parisdəki aksiyada 26 nəfər saxlanıldı

17 Fevral 2019, 00:24

Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının aksiyası zamanı 26 nəfər saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl 23 nəfərin saxlanıldığı bildirilirdi.

 

Ötən gün ərzində etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında bir neçə dəfə qarşıdurma baş verib. Polis əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmək mcburiyyətində qalıb.

 

Hazırda "sarı jiletlər" hərəkatının üzvləri bir neçə küçə vasitəsi ilə Yelisey çöllərinə daxil olmağa çalışırlar, lakin polis əməkdaşları hər dəfə bunu qarşısını alır.

 

Son məlumatlara əsasən, Fransada etiraz aksiyalarında 41,5 min insan iştirak edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi