Modern.az

Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir

Şahzadə

Dünya

17 Fevral 2019, 10:44

Saudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Yunayted" klubunu almağa hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə şənbə günü, fevralın 16-da, “The Sun” nəşri məlumat yayıb.

 

 Bildirilir ki, vəliəhd şahzadə klubu almaq üçün 3,8 millyard funt sterlinq (4,9 milyard dollar) xərcləməyə hazırdır.

 

Şahzadə klubu yeni mövsüm başlayana qədər almaq niyyətindədir.

 

Qeyd edilir ki, "Mançester Yunayted"in hazırkı sahibləri Qleyzerlər klubu satmaq barədə düşünmürdülər. Lakin şahzadənin təklifindən sonra onlar klubu sata bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?