23 mart 2019, Şənbə
Ana Səhifə - REPORTAJ - Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...  
Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...  
17.02.2019, 12:47

Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında ekranlaşdırılan “7 oğul istərəm” filmi… İnqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci illərin komsomolçuları haqqında romantik hekayə…

Ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə olan və “Azərbaycanfilm” kinostuidyasının ozamankı direktoru Adil İskəndərovun rəhbərliyilə çəkilən film 1969-cu ildə lentə alınıb.

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikası bu dəfə onlara - “7 oğul istərəm” filminin aktyor heyətinə həsr olunub. Filmə çox istedadlı aktyorlar cəlb olunmuşdu…

“7 oğul”u canlandıran aktyorlar isə bunlar idi: Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Mirpaşa (Elçin Məmmədov), Cəlal (Ənvər Həsənov), Şahsuvar (Rafiq Əzimov), Qasım (Əbdül Mahmudov).

Möhtəşəm aktyor ansamblı və tam peşəkar yaradıcı heyət bu filmin uğurlu alınmasında əsas amillərdən biridir. Mükəmməl operator işi, musiqi, geyim - bütün bunlar filmin sevilməsində, bu gün də maraqla izlənməsində mühüm rol oynayıb. Uzun illər keçməsinə baxmayaraq, filmdə işlənən “Hamam, hamam içində” ifadəsi aforizmə çevrilib, dillər əzbəri olub.

Yeddi oğul filmdə olduğu kimi, həyatda da bir-birinə yaxın dostluq münasibətində olublar.

İndi onlardan 3-ü həyatdadır - Ənvər Həsənov, Əbdül Mahmudov və Rafiq Əzimov… Həsən Məmmədov, Ələsgər İbrahimov, Şahmar Ələkbərov və Elçin Məmmədov haqq dünyasındadırlar.


Şəkildə soldan sağa: Mirpaşa (Elçin Məmmədov), Şahsuvar (Rafiq Əzimov), Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Cəlal (Ənvər Həsənov), Qasım (Əbdül Mahmudov).


Filmin çəkilişləri zamanı maraqlı hadisələr yaşanıb. Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov: “Qobustanda Cəlalın ölüm səhnəsi çəkilirdi. Mənim əl-ayağımı bağlayıb atın üstünə atdılar. At Cəlalı Bəxtiyargilin yanına, öz məkanına gətirməli idi. Kələntər dayı (İsmayıl Osmanlı) “Hamam-hamam içində, xəlbir saman içində..." - deyərək ata qırmanc vurdu. Qobustanda isə çoxlu yaşıl rəngdə kərtənkələlər vardı. At 10-15 metr yeriyəndən sonra bu kərtənkələlərdənmi gördü, ya nədənsə hürkdü. Məni götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım bağlı olduğundan heç nə edə bilmirdim. Qarşıya baxanda uçurum gördüm. Fikirləşdim ki, artıq bitdi. Gözümü yumub Allaha dua etməyə başladım. Bir də gördüm kimsə özünü atın qabağına atdı, boynundan sallandı. Bu adam kinostudiyada işıq ustası işləyən Akif Məmmədzadə idi. Bu gün sağamsa, buna görə ona borcluyam. Sonra Tofiq müəllim ehtiyat edib həmin səhnəni çəkmədi...”.

Şahsuvar - Rafiq Əzimov: ““Cıdır” meydanındakı məşqlər zamanı hərə öz atını yemləyir, qayğısına qalırdı ki, heyvanlar öz müvəqqəti sahiblərinə öyrəşsinlər. Çünki elə həmin atlar da filmdə çəkiləcəkdi. Ayyarımlıq məşq zamanı oğulların, demək olar ki, hamısı atdan yıxılmışdı. Birinci yıxılan isə Bəxtiyar – Həsən Məmmədov olmuşdu. Elə yıxılmışdı ki, diz qapağı zədələnmişdi və axsayırdı. İlk çəkilişlərdə axsaq iştirak etsə də, filmdə bu, hiss olunmur”. 

Qasım obrazını yaradan Əbdül Mahmudov da çəkilişlərin birində atdan yıxılır, qabırğası sınır. Aktyor bədəni gipsdə olsa da, çəkilişlərdə iştirak edb. Qabırğasının sınması bir yana, növbəti çəkilişdə damdan yıxılan aktyorun ayağında çat olur və tromb yaranır. Buna görə də ayağı əməliyyat olunur.

Ənvər Həsənov: “Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanalara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. “Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər” söylədilər. Nəsə, maraqla söhbət edirdik. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm  Elçin Məmmədov (Mirpaşa)  Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı. 

Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, “ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız”. Bəlkə bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, “hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm”. Yalvar-yaxar etdik ki, “ay Hamlet, başına dönüm, gəl işimizi görək”. Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq…

…Mirpaşanın ölümündən sonra Cəlal Humayın arxasınca gedir, Kələntərə “bəsdir-bəsdir qoca” deməsindən sonra ona şillə vurmalı idim. Amma vura bilmirdim. Aktyor İsmayıl Osmanlı məndən yaşca böyük idi deyə, bunu edə bilmirdim.  Həmin səhnəni 2-3 dubla çəkdik. İsmayıl dayı mənə dedi ki, “ay, Ənvər belə aktyorluq etmək olmaz. Bilirəm sənin mənə hörmətin var. Amma gərək sən elə şillə çəkəsən ki, mən onu hiss edəm”. Bu sözündən sonra mən də ona elə bir şillə vurudum ki, kişinin dişi çıxdı ağzından. Dublu çəkdilər, razı da qaldılar. Amma mən çox narahat  idim. Özümdən böyük birinə doğrudan əl qaldrmaq mənə ağır gəlirdi. 
Biz yeddi oğul bütün çəkilişlərdə bir yerdə olurduq. Baxmayaraq ki, Şahmar (Qəzənfər) da, Rafiq Əzimov (Şahsuvar) də ailəli idi. Gecə-gündüz bir yerdə idik, hər sözümüz bir idi. Mən Şahmar Ələkbərovla söhbət edirdim. Ona bildirdim ki, bu səhnənin filmə daxil edilməsini istəmirəm. Mənə dedilər ki, bu sənin roluna xələl gətirə bilər, filan-fəsməkan. Dedim yox eyy. Şahmar məndən böyük idi deyə, onunla məsləhətləşdim. Bu epizod mənim əqidəmə uyğun deyildi. Nə də olsa Kələntər dayı  məni böyüdüb boya-başa çatdrıb, mənim dayəmdir. Nəysə, 7 oğulun hamısı ilə qərara gəldik ki, rejissora müraciət edək ki, bu kadrı çıxarsın. Tofiq Tağızadə bizimlə razılaşdı ki, “düzdür, bu bizim xalqımızın əqidəsinə xas deyil. Sənin xahişinlə çıxarıram. Onu da nəzərə al ki, Kələntər sənin tüfəngini götürüb, sənin atını minib”. Mənim böyüklərə olan hörmətim nəticəsində o səhnəni filmdən çxıartdıq”...


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabahın havası - külək, yağış, qar
23.03.2019, 14:00

Sabahın havası - külək, yağış, qar

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu
23.03.2019, 13:48

Ağcabədidə narkotik satan mütəşəkkil dəstə tutuldu

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR
23.03.2019, 13:41

Rusiya Ukraynadakı prezident seçkilərinə HAZIRLAŞIR

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23.03.2019, 13:30

Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib

Binəqədidə yol bağlandı
23.03.2019, 13:25

Binəqədidə yol bağlandı

Evlərə qənim kəsilən 4 oğru tutuldu
23.03.2019, 12:36

Evlərə qənim kəsilən 4 oğru tutuldu

Moskva xatirələri - III HİSSƏ  
23.03.2019, 12:33

Moskva xatirələri - III HİSSƏ  

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”
23.03.2019, 12:24

Səfir: “Pakistandan Azərbaycana gələn turistlərin sayı artıb”

Əfqanıstanda terror - 7 nəfər öldü
23.03.2019, 12:06

Əfqanıstanda terror - 7 nəfər öldü

Astananın adı dəyişdi - Nur-Sultan oldu
23.03.2019, 11:40

Astananın adı dəyişdi - Nur-Sultan oldu

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 
23.03.2019, 11:28

Dünyanı qorxudan raketlər poliqonlara yeridildi - Amerika bu silahlardan qoruna bilməyəcək 

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU
23.03.2019, 11:18

Araq, serroz və son rol - Səməndər Rzayevin ÖMÜR YOLU

Gəncə-Bakı reysinə dəyişiklik
23.03.2019, 11:04

Gəncə-Bakı reysinə dəyişiklik

Amerikanın azərbaycanlı müəllimi
23.03.2019, 10:54

Amerikanın azərbaycanlı müəllimi

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI   
23.03.2019, 10:40

Azərbaycanlı əsir, girov və itkinlər... - Mart ayının rəsmi STATİSTİKASI  

Azərbaycan deputatları ABŞ-a getdilər
23.03.2019, 10:22

Azərbaycan deputatları ABŞ-a getdilər

Merkellə Tramp telefonda müzakirə apardı
23.03.2019, 09:56

Merkellə Tramp telefonda müzakirə apardı

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM   
23.03.2019, 09:52

Bu gün Avro-2020-nin seçmə mərhələsində I tur yekunlaşacaq - TƏQVİM  

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər
23.03.2019, 09:51

Məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında qərb bölgəsinə getdilər

Cəbhədə erməni təxribatı...
23.03.2019, 09:49

Cəbhədə erməni təxribatı...

Quran niyə hər yerdə ərəbcə oxunur...   
23.03.2019, 09:44

Quran niyə hər yerdə ərəbcə oxunur...  

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR   
23.03.2019, 09:38

Avropa Çempionatının seçmə mərhələsində daha 7 oyun - NƏTİCƏLƏR  

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü
23.03.2019, 00:12

İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldü

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı
22.03.2019, 23:57

Zaqatalada canavarlar 40-dan çox  heyvanı parçaladı

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO
22.03.2019, 23:41

Avropadakı aksiyada Quranı yandırdılar - VİDEO

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı
22.03.2019, 23:23

Türkiyədə ABŞ dolları kəskin bahalaşdı

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq
22.03.2019, 23:11

Şəkidə tütün əkini sahələri 153 hektar artırılacaq

Xınalıq yolunda hərəkət bərpa olundu
22.03.2019, 22:54

Xınalıq yolunda hərəkət bərpa olundu

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı
22.03.2019, 22:35

ABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladı

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi
22.03.2019, 22:19

Kasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdi

Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

ARXİV