Modern.az

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO

17 Fevral 2019, 13:47

Ukraynanın Odessa şəhərində güc strukturlarının apardığı əməliyyat tədbirləri çərçivəsində qanuni oğru "Lotu Quli"nin (Nadir Səlifov) 3 adamı saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar ötən ilin dekabrın 13-də iş adamı Nikolay D.-yə sui-qəsd təşkil etməkdə ittiham olunurlar. Boz rəngli Latviya seriyalı Mercedes markalı avtomobildə olan iş adamına yaxınlaşan 4 şəxs atəş açaraq, ona məxsus 700 min qrivna (təxminən 26 min dollar) və 23 min dollar pulunu əlindən alıblar. İnsident zamanı yaralanan biznesmen xəstəxanaya aparılıb. Onun özü də saxta pul saxlamaq, istehsal etmək və satmaqda ittiham olunur. 

 

Hüquq mühafizə orqanlarının əməkdaşları biznesmenin evinə baxış keçirərkən 20 min dollar dəyərində olan saxta 100 dollarlar tapıblar.

 

Həmin gün polis hadisə yerinin yaxınlığında iş adamına hücum edən şəxslərin avtomobilini tapıb. Aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

Həmçinin kriminal dəstə üzvlərinin 8 məkanına basqın edilib. Oradan 2 ədəd avtomat, 1 ədəd səsboğucusu olan tapança, 2 ədəd vinçestr silahı, saiqa karbini, müxtəlif çaplı patronlar, kommunikasiya avadanlıqları və İsrail, Türkiyə, Özbəkistan, ABŞ, Rusiya və Moldovaya aid 300-dən çox xarici pasport ələ keçirilib.

 

Saxlanılan şəxslərin Nadir Səlifovun (Lotu Quli) klanının üzvləri olduğu bildirilir.

 

Qeyd edək ki, Səlifovun klanı Ukraynada kriminal aləmə nəzarət edir. Türkiyədə yaşayan Lotu Quli nümayəndələri vasitəsilə orada fəaliyyət göstərir. Ukrayna polisi isə zaman-zaman onları saxlayır və deportasiya edir. Sonuncu belə hadisə yanvarın sonlarında Maripul şəhərində baş vermişdi. 45 nəfərin iştirak etdiyi məclisə polis basqını olmuş və 1 nəfər saxlanılmışdı. Odessada cinayət aləminə nəzarət uğrunda "Lotu Quli"nin klanı ilə gürcüstanlı qanuni oğru Antimoz Kuxilovun klanı arasında mübarizə gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...