Modern.az

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı

17 Fevral 2019, 14:25

Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, tamblinq növü üzrə yarışan idmançı final mərhələsində 74.600 xal toplayıb.

 

Rusiyalı Vadim Afanasyev isə 75.100 xalla qızıl medala sahib olub.

 

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparıb. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edib. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov mübarizə aparıblar. Bu idmançılar finala vəsiqə qazana bilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir