Modern.az

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı

17 Fevral 2019, 14:41

Abşeron rayonunun Novxanı kəndində oğurluq edən şəxs saxlanılıb.

 

Rayon Polis İdarəsindən Modern.az-a bildirilib ki, kənddə bir mənzildən oğurluq edilməsi barədə daxil olan məlumatla bağlı dərhal hadisə yerinə baxış keçirib və əməliyyat-istintaq tədbirlərinə başlanılıb. 



Çox keçmədən baş vermiş hadisənin üstü "isti izlərlə” açılıb. Polis əməkdaşları, öz əmisinin evindən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlayan Mətləb Cavadovu tutaraq istintaqa təhvil verib. O, ilkin ifadəsində hadisədən peşman olduğunu və bu cinayəti narkotik maddə aludəsi olduğu üçün törətdiyini etiraf edib. 



Əvvəllər də məhkumluq həyatı yaşayan Mətləb Cavadov oğurluq yolu ilə əldə etdiyi qızılların bir hissəsini Sumqayıtda, qalanını isə ayrı-ayrı şəxslərə pul müqabilində satdığını bildirib. 



Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi