Modern.az

“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO

“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO

17 Fevral 2019, 17:54

İspaniya La Liqasının 24-cü turunda sensasiya qeydə alınıb.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan və ölkə çempionatında son 5 matçında qalib gələn “Real” bu turda öz meydanında sürpriz şəkildə məğlub olub.

 

Turnir cədvəlinin son pillələrində qərarlaşan “Jirona” güclü rəqibi qarşısında 2:1 hesablı sürpriz qələbə qazanıb. Matçda hesabı “Kral klubu” açsa da, “Jirona” əzmkarlıq nümayiş etdirərək 2 qol vurmağı bacarıb.

 

Bu mövsüm 7-ci məğlubiyyətini alan “Real” 45 xalda qalıb və yenidən 3-cü pilləyə enib. “Jirona” isə xalını 27-yə çatdıraraq 15-ci pilləyə yüksəlib.

 

Hazırda “Barselona” 54 xalla, 1-ci, “Atletiko” isə 47 xalla 2-ci pillədə yer alır.

“Real” - “Jirona” - 1:2

Qollar: Kazemiro, 25 - Stuani, 65, Portu, 75

Qırmızı vərəqə: Ramos, 90 (“Real”)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi