Modern.az

Paxıllıq izi qırmızı xətlə silinməlidir

Paxıllıq izi qırmızı xətlə silinməlidir

17 Fevral 2019, 18:12

Mülatif Adurov,
Prezident təqaüdçüsü, veteran telejurnalist


Bir zamanlar televiziya məkanında özünəməxsus mövqe titan ANS televiziyası operativ, qərəzsiz və obyektiv informasiya qurumu kimi tamaşaçılar arasında rəğbət qazanmışdı. Bu sevgi getdikcə artırdı. Bunu yaşlı nəsil yaxşı bilir. ANS-in verilişlərinə alışanlar indi nəyinsə çatışmadığına (əsl televiziya informasiyasının) qəlbən heyfsilənirlər. Bəli, ANS-ə rəğbət artdıqca paxıllıq da çoxalırdı. Həmkarlarım məni məzəmmət etməsinlər, elə ANS-i yıxan sözün əsl mənasında həmkar paxıllığı oldu.


ANS-in onlarca ölkədə bürosu, regionlarda müxbir postları olub. O zaman üçün bunlar çox böyük nailiyyət idi. Şirkət hər cür texniki vasitəyə malik idi. Başlıcası isə savadlı, işgüzar kollektiv yaranmışdı. İndi də bu kollektiv ANS-ə sədaqətini saxlayır, günü sabah ANS açılsa bu kollektiv də, texnika da nəcib işlərə xidmət etməyə müntəzirdir. Təcrübəli telejurnalist , quruma uzun illər rəhbərlik etmiş Vahid Mustafayevin dediklərindən: “Biz bu istəyimizdən heç zaman vaz keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsələr, xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.



Bunu hamı təsdiq edər, ANS həqiqətən xalqın və iqtidarın keşiyində olub. Bəs bu gün?


Televiziya işinin mükəmməl bilicisi, hər zaman televiziyanın keşiyində müntəzir əsgər kimi dayanan, onun qüsurlarına dözməyən telejurnalist, professor Qulu Məhərrəmli (ad-soyadı həmişə böyük həriflərlə yazılmağa layiq şəxsiyyət) ANS-in açılmasına münasibət bildirərək deyib ki, ANS-in bərpa olunmasından həm iqtidar, həm də xalq qazanar. Bunu Qulu Məhərrəmli deyirsə, bu televiziyanın açılışına “hə” səsləndirirsə, məsələyə qayğı ilə yanaşılmalı, səlahiyyətli orqanlar bu çağırışa biganə qalmamalıdırlar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...