Modern.az

“Qarabağ”  “Qəbələ”dən 3 xal aldı

“Qarabağ”  “Qəbələ”dən 3 xal aldı

17 Fevral 2019, 21:32

Bu gün futbol üzrə Topaz Premyer Liqasının XVII turuna “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulub. Modern.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 4-cü dəqiqəsində Riçard Almeyda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. Lakin 28-ci dəqiqədə “Qəbələ” klubu hesabı bərabərləşdirib. “Qəbələ”nin kapitanı Cavid Hüseynov “Qarabağ” komandasının qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini qolla tamamlayıb – 1:1. Lakin əyalət təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra Filip Ozobiç baxımlı qolla ağdamlıları yenidən hesabda irəli çıxarıb – 2:1.

 

Bu qələbə sayəsində xallarının sayını 37-ə çatdıran “Qarabağ” turnir cədvəlinin lideri “Neftçi” ilə xal fərqini birə endirib. “Qəbələ” isə 23 xalla dördüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, günün digər matçında “Səbail” komandası “Sabah”ı məğlub edib – 1:0. Fevralın 16-da keçirilmiş oyunlarda “Keşlə” komandası “Sumqayıt” kollektivinə 2:1 hesabı ilə qalib gəlib. Lider “Neftçi” isə “Zirə” ilə qolsuz heç-heçə edərək xal itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı