Modern.az

Paytaxtda 180 restoran bağlandı - SƏBƏB

Paytaxtda 180 restoran bağlandı - SƏBƏB

17 Fevral 2019, 23:09

Ətin və digər ərzaq mallarının bahalaşması ilə əlaqədar son bir neçə ay ərzində Tehranda 180 restoran bağlanıb. Modern.az “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, ölkədə inflyasiya və qiymətlərin hər ay yüksəlməsi restoranlara gedənlərin sayının kəskin azalmasına səbəb olub.

 

İran Restoranlar Birliyinin sədri Əli Əsgər Mirrəhimi bildirib ki, yağın, toyuq və mal ətinin, tomat pastasının, dənli və paxlalı bitkilərin qiymətlərinin artması restoran biznesi ilə məşğul olanların işini çətinləşdirib. Ərzaq mallarının topdansatış qiymətlərinin bahalaşması restoranlarda da qiymət artımına səbəb olub ki, nəticədə müştərilərin sayı xeyli azalıb. Tehranda lisenziya ilə fəaliyyət göstərən 700 restorandan 180-i fəaliyyətini dayandırıb. Həmin restoranların sahibləri lisenziyalarının ləğv olunması üçün müvafiq strukturlara müraciət ediblər.

 

Qeyd edək ki, son günlər İranda mal ətinin bir kiloqramının qiyməti 1 milyon rialı (23,8 dollar) ötüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır