Modern.az

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - II YAZI

Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - II YAZI

Ədəbi̇yyat

18 Fevral 2019, 08:51

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor

 

Türk dilinə və sözünə qiymət verməyi bacarmışdır. Faydalı danışmağı, yaxşı söz söyləməyi nəsillərə nəsihət etmişdir. Türkə görə, insanı hörmətli edən də, ucuz edən də dildir. Əlbəttə, türk babalarımız dilə, sözə qiymət verməklə ünsiyyət mədəniyyətinin vacibliyini diqqət mərkəzində saxlamış, bilikli mədəni olan hər bir kəsin yaxşı əməl və yaxşı söz sahibi olduğunu söyləmişdir. Bilikli, müdrik adamların sözü yaxşılığa xərclədiklərini gələcək nəsillərə çatdırmışdır. Məs.:

 

Dil ağıla və biliyə tərcümandır,

İnsanınuraboyayandilinqədirinibil.

İnsanıdilqiymətləndirər, insansəadəttapar,

Dilinsanıucuzedər, dilucundanbaşgedər.

Bax, dilbiraslandır, astanadayatır,

Evsahibi,diqqətliol,başıyeyər

Dilindən cəfa çəkən nə demiş, eşit:

Bu sözü unutma, yadında saxla:

Dilimmənəçoxəzabverir,

Kaşbaşıkəssinlər,məndilimikəsərəm”.

Sözünə diqqət elə, başın getməsin,

Dilini saxla, dişin sınmasın.

 

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 27-28).

 

Bilikli adamların dilə verdiyi qiymət, daha doğrusu, dilin  başa  gətirdikləri  XI-XII  yüzilliyin  görkəmli  türk ədəbi simalarından olan Əhməd Yügnəkinin yaradıcılığında da poetik vəsfini tapmışdır.

 

Eşitgil biliglig negü tip ayur

Edebler başı til küdezmek tiyür

Tiling bekte tutgıl tişing sınmasun

Kalı çıksa bektin tişingni sıyur.

 

Türkiyə türkcəsinə tərcüməsi:

İşit, bilgili ne der, ne söyler

Edeblerinbaşıdilizetmek,diyor.

Dilini sıkı tut dişini kırmasın

Eğer dilin çıksa dişini kırar.

 

Nekimkelseerketilindinkelür

Filindinkimedgükimisizbolır

Eşitbütbusözkekamugtangtaten

Turup tilke yüknüp tazarru kılur

 

Türkiyə türkcəsinə tərcüməsi:

Negelseinsanadilindengelir

Dilinden (dolayı) kimiiyi, kimikötüolur.

İşit, inanbusözehersabahten

Kalkıpdileeğilerekyalvarır.

 

İnsan bilməlidir ki, “Başa dil gətirəni el yığışsa, gətirə bilməz”. Ona görə də insan dilini saxlamağı bacarmalı,  harada  nəyi  necə  danışmağı  yaxşı  bilməlidir.  Bu mənada Azərbaycan atalar sözləri milli təfəkkür inciləri kimi müdriklik xəzinəsidir. Diqqət  yetirək:

 

Adamın düşməni - öz dili.

Ağızdan çıxan başa dəyər.

 Dil adamı bəyan elər.

Dil həmişə ağrıyan dişin üstə gələr.

Dil ki var, ətdəndi; hara döndərsən dönər.

Dil sümüksüzdü, amma sümüyü sındırar.

Dilvarbal - tirər,dilvar - latirər.

Dilyanılar, doğrusundeyər.

Dilyarası - ilyarası.

Dildəngələnəldəngəlsə, hərfuğarapadşaholar.

Dildir - nə qoruğu var, nə qaytanı.

Dili bal, işi bəla.

Dili dost, qəlbi qara, mən belə dostu neylim?

Dilim-dilimolasan, dilim.

Dilinkatıxeyirsöyməkdi.

Dilinisaxlayanbaşınısaxlar.

(Atalar sözü. Bakı, “Öndər  Nəşriyyat”, 2004, s. 22, 26, 90, 91).

 

Nizamülmülkün “Siyasətnamə” əsərində dörd qrup adamın günahının bağışlanmasından bəhs olunmuşdur və bunlardan biri də dilini saxlamayanlara aiddir: “Şaha o lazımdır ki, dörd qrup adamın günahı bağışlanmasın: birinci, ölkəyə qəsd edənlərin; ikinci, şahın hərəminə göz tikənlərin; üçüncü, dilini saxlamayanların; dördüncü, üzdə şahla, könüldə şahın düşmənləri ilə əlbir olanların” (Əbu Əli Həsən İbn Əli Xacə Nizamülmülk. Siyasətnamə. Bakı, “Elm”, 1987, s. 48-49).

Bilikli, savadlı adamların simasında dilə, sözə həmişə yüksək qiymət verilib, sözlə yüksəlişin faydası öyülüb və təriflənibdir. Təsadüfi deyildir ki, atalar yaxşı demişdir: “Başa dil gətirəni, el yığışsa gətirə bilməz”. “Qılınc yarası sağalar, dil yarası sağalmaz” atalar sözü və onun “Oğuznamə”də işlənmiş “Qılıç yarası önəlür, dil yarası önəlməz” paraleli türkün yenidən yaddaşından qaynaqlanır. Türk babalarımızın dilə verdiyi dəyərin nə qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Dilin altında insanın kimliyi gizlənir. Dilin altında insanın dünyagörüşü, ətrafdakılara münasibəti gizlənir. Dilin altında dilin öz imkanları gizlənir. Ən nəhayət, dilin altında dünyada dərk olunan və dərk olunmayan nə varsa, onların hamısı gizlənir. Və bu barədə türkün yaratdıqları daha tutarlı söz deyir:

 

Əgərsalamatolmaqistəyirsənsə,

Dilindən pis söz çıxarma.

 

Diliniqoruyanbaşıqoruyar

Sözü qısa etsən, ömürünü uzadarsan.

 

Dilinzərəri, faydasıdavar,

Aradabiröyülür, aradabirsöyülür.

 

Bax, doğulanölür, sözdiriqalır,

nü yaxşı söylə, ölməz ol.

 

Dili bu qədər öyməkdən, arada bir söyməkdən,

Məqsədim sənə sözün nə demək olduğunu başa salmaq idi.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 28-29).

 

Sözün nə demək olduğu barəsində Azərbaycan atalar sözləri içərisində seçilənlər az deyildir. Məs.:

Doğrusözacıolar.

Doğrusözkinduruldar.

Doğrusözəand?

Sözağızdançıxıncansənindi.

Sözbirolsa, zərbikərənsındırar.

Söz danışıqdan keçər.

Söz dediyin dəmirdir, döyüldükcə uzanar.

Söz eşitmək ədəbdəndir.

Söz gəldi, məqamında de gəlsin.

Söz haqdan gəlir.

Söz ki var, bir ucu yalandırsa, bir ucu doğrudu.

Sözodurki, haqqavara.

Sözsahibiölsə, sözqalır.

Söz sözü çəkər.

Söz sözün söykəyidir.

Söz vaxtına çəkər.

Söz var el içində, söz var ev içində.

Söz var - gələr keçər, söz var-dələr keçər.

Söz var xalx içində, söz var xılx içində.

Söz var şahid istər, söz var şahidi özündəndi.

Sözə gələndə usta, işə gələndə xəstə.

Sözüağızdabişirde.

Sözüatyerə, gedəryerintapar.

Sözüdeynənalana, qulağındaqalana.

 Sözüunamadanyiyəsiniqınama.

Sözüuzadarsan, bəsdirdeyərlər.

Sözü yerində söylə.

n başı axırından anlanar.

Sözün bilməyən ağız başa toxmaq vurdurar.

Sözün damarı olar, çəkdikcə uzanar.

Sözün doğrusu dəmiri dələr.

Sözün doğrusunu de, atını min qaç!

Sözün doğrusunu uşaqdan xəbər al.

Sözün düzünü zarafatda deyərlər.

n yaxşısı baldan dadlıdır.

n yanlışı olar, yalanı olmaz.

Sözünü bilməyənə aşağı başda da yer yoxdu.

(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 92, 211, 212, 213).

Türk biliyi, idrakı və ağılı vəhdətdə götürməklə kamilliyin nə olduğunu anlatmağa çalışmışdır. Yəni həmişə bilik, idrak və ağıl kamilliyə xidmət etmişdir. Nəticədə isə kamil olan hər bir kəs insan olaraq əbədi olmasa da, adı əbədi olmuşdur. İnsan dünyaya bilik, idrak və ağılla hakim olmuşdur. Türk babalarımız biliyin, idrakın və ağılın kara gəlmədiyi vaxt qılıncın oynadığı rolu da gizlətməmişdir. Məs.:

 

Bu ikisi kar etməsə, biliyi qırağa qoy,

Qılıncı al əlinə.

 

Hakimlər, alimlər, xalqın başçıları,

Biliksizin işini qılıncla həll etmişlər.

(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 31-32).

 

DAVAMI VAR…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi