Modern.az

Ermənistanda 100 əsgər ölüb, araşdırma başladı

Ermənistanda 100 əsgər ölüb, araşdırma başladı

18 Fevral 2019, 10:09

Ermənistanda müəmmalı əsgər ölümlərini araşdırmaq üçün xüsusi komissiya yaradılacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsi və 10 ictimai təşkilat bu barədə razılaşma əldə edib.

Razılaşmaya əsasən, yaradılacaq İşçi Qrup müəmmalı şəraitdə ölən 100-dən artıq hərbçinin cinayət işinə yenidən baxacaq. 

 

Belə ki, 1991-ci ildən başlayaraq, ordudakı korrupsiya, özbaşnalıq, kriminal atmosfer və hərc-mərclik nəticəsində əsgərlər arasında çoxsaylı qeyri-döyüş itkiləri qeydə alınıb. Lakin əsgər analarının bu ölümlərlə bağlı etirazları hər dəfə hakimiyyətin etinasızlığı ilə üzləşib. 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?