Modern.az

Bertold Brext Azərbaycan dilində

Bertold Brext Azərbaycan dilində

Aktual

18 Fevral 2019, 14:11

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – məşhur dramaturq, şair, nasir,  teatr nəzəriyyəçisi Bertold Brextin“Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

 

Modern.az xəbər verir ki, kitaba dramaturqun, dünyanın bir sıra teatrlarında tamaşaya qoyulmuş ən məşhur dörd pyesi  – Kuraj ana və uşaqları,Qalileyin həyatı,Üçquruşluq operaO əsgər olmasın, bu əsgər olsun əsərləri daxil edilib.

XX əsrin əvvəllərində Avropada teatr islahatçısı kimi tanınan Brextin başlıca yaradıcı ideyası – tamaşaçının romantik emosiyalarını “cilovlamaq”, onu real həqiqətlərə dayaqlanmayan duyğusal aləmdən ayırmaqdır. Yazıçı, əsərlərində süni gərginlik yaradan qarşıdurmalardan imtina edir, dramatizmin sonqlar (nəğmələr) və parodiyalarla, birbaşa publisistik müdaxilələrlə təmin edilməsinə üstünlük verir.

Əsərləri dilimizə İlqar Əlfioğlu tərcümə edib.

Kitabın redaktorları Salam Sarvan və Nəriman Əbdülrəhmanlıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir