Modern.az

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI

18 Fevral 2019, 15:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.       

 

Modern.az saytının xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsi bununla əlaqədar sürücülərə müraciət edib.

 

Qeyd olunub ki, yollarda yarana biləcək yol qəzaları və diqər xoşagəlməz halların qarşısının alınması üçün, avtomobilləri idarə edərkən sürücülər diqqətli olmalıdırlar.

 

Həmçinin bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər eləcədə kəskin tormazlama etməmələri tövsiyə olunur.

 

“Qarlı, buzlu yollarda sürücülük təcrübəsi az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində sükan arxasına əyləşməmələri xahiş olunur”-deyə bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?