Modern.az

YAP Rüstəm İbrahimbəyova CAVAB VERDİ: “Uğurlara həmmüəlliflik etmək istəyənlər çoxdur”  

YAP Rüstəm İbrahimbəyova CAVAB VERDİ: “Uğurlara həmmüəlliflik etmək istəyənlər çoxdur”   

18 Fevral 2019, 15:35

Tanınmış kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Bakıya səfəri müzakirələrə səbəb olub. Səfər çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin iclası keçirilib. Daha sonra dostları həmin ittifaqın sədri Rüstəm İbrahimbəyovun 80 illik yubileyini qeyd etmək üçün Bakıda məclis təşkil ediblər.


R.İbrahimbəyov artıq Bakını tərk edərək, Moskvaya qayıdıb. Geri qayıtma ərəfəsində o, Turan-a müsahibəsində bildirib ki, mayda Kinematoqrafçılar İttifaqının qurultay keçirməyi planlaşıdırdığını bildirib. Bəzi məqamlara toxunan kinodramaturq “bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir..." söyləyib.

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə Modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun Bakıya dönüşünü şərh edib.

YAP rəsmisi qeyd edib ki, Azərbaycana hər gün on minlərlə insan gəlib-gedir, Rüstəm İbrahimbəyov da onlardan biridir.

“Biz Bakıya gəlib-gedən insanların səfərlərini şərh etməli deyilik”.

A.Mirzəzadə Rüstəm İbrahimbəyovun “bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir..." fikrinə də münasibət bildirib:


“Azərbaycan hakimiyyəti 1993-cü ildən ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə cənab prezident İlham Əliyevin rəhbərliyi və Konstitusiyanın onlara verdiyi səlahiyyət çərçivəsində ölkənin problemlərini mütəmadı olaraq həll edirlər.  Məhz dövlətçilik xəttinin düzgün tutulması, daxili və xarici siyasət məsələlərinin operativ və milli maraqlara uyğun olaraq həll edilməsi uğurlarımıza səbəb olur. Bu gün Azərbaycan iqtidarının, cənab prezident İlham Əliyevin uğurlarına həmmüəlliflik etmək istəyənlər çoxdur. Ancaq bizim üçün əsas odur ki, Azərbaycan vətəndaşı təhlükəsiz və yaxşı yaşasın. Bunun üçün də cənab prezident tərəfindən dəstəklənən mütəmadi addımlar atılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?