Modern.az

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

18 Fevral 2019, 17:31

Elman Babayev

İlham Əliyevin atdığı addımlar müxalifətin meydana kütləvi narazı təbəqə çıxartmaq imkanlarını heçə endirib

 

Azərbaycan hakimiyyətinin hər ilin əvvəlində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verdiyi qərarlar, cari ildə daha geniş və fərqli bir müstəvidə davam etdirilməkdədir. Belə ki, ötən ilin ortalarından başlanaraq vergi, gömrük, eləcə də başqa sferalarda həyata keçirilən islahatlar real nəticələr verməkdədir. Prezident İlham Əliyev bu islahatlar sayəsində yaranan əlavə maliyyə resurslarını əhalinin sosial rifahına yönəltməkdədir. İlk dəfədir ki, Azərbaycanda istər minimum əməkhaqqı, istərsə də minimum pensiya 40 faizə yaxın bir göstərici ilə artırılıb. İlham Əliyev şəhid ailələrinin birdəfəlik müavinətlə bağlı problemlərini kökündən həll edib, onlara verilən prezident təqaüdlərini artırıb, tələbələrin təqaüdlərinin artımını şərtləndirən sərəncamlar imzalayıb. Ümumilikdə, cari il yeni başlamasına baxmayaraq, sosial rifahın yaxşılaşmasını hədəfləyən 10-larca qərar verilib.

Belə bir məqamda  hakimiyyətin əleyhidarları bu qərarları, atılan addımları gözdən salmaq üçün əks-təbliğata başlayıblar. Xüsusilə, sosial şəbəkələrdə müxtəlif məhsulların qiymətinin artması ilə bağlı məlumatlar yaymaqla verilən sərəncamların əhəmiyyətini azaltmaq xətti götürüblər. Çörəyin qiymətinin artacağı ilə bağlı heç bir mənbəyə istinad edilmədən qorxunc anonslar verilir. Və ya hansısa məhsulun qiymətində müşahidə olunan cüzi oynamalar şişirdilir. Məqsəd isə birdir-prezidentin son qərarlarını gözdən salmaq.

 

Gəlin baxaq, mövsümi səbəblərdən müəyyən tərəvəzlərdə, meyvələrdə qiymətlərdə olan dəyişiklik 1-ci dəfədirmi baş verir? Qış mövsümünün sonunda xiyarın, pomidorun qiymətində dəyişiklik olması hər il baş verib. Hansı ki, ötən illərlə müqayisədə elə bir ciddi fərq də mövcud deyil. Hamıya məlumdur ki, bazar iqtisadiyyatı şəraitində qiymətlərdə dəyişiklik tələb və təklifə uyğun baş verir. Məsələn, ötən il yerli sarımsaq daha baha qiymətə satılırdı. Bu il isə tam əksinədir. Yerli sarımsaq olduqca ucuzdur. Və belə misallar kifayət qədərdir...

 

Yerli subtropik məhsulların qiymətində kəskin artım yoxdur. Əhalinin istifadə etdiyi gündəlik tələbat məhsullarında da hələ ki, nəzərəçarpacaq atrım sezilmir. Ümumilikdə, bu mövzu olduqca genişdir və bəzi məhsullarda müəyyən dövrlərdə qiymətin artması, bəzilərində isə enmələrin olmasının səbəbləri barədə daha geniş danışmaq mümkündür... Nəticə odur ki, hazırda bazarda ciddi narahatçılığa əsas verən qiymət artımı və buna rəvac verən əsaslar yoxdur.

 

Elə isə yardılan ajiotajın səbəbi nədir?

 

Vəziyyət  elədir ki, hazırda Azərbaycan hakimiyyətinin əleyhidarları heyrətamiz statistika ilə aksiyalar keçirmək gücündə deyillər. Ona görə də bütün qüvvə ilə şaiyələr işə salınıb. Əvvəlcə, hakimiyyətdə təmsil olunan yüksək çinli məmurlar hədəf seçildi. Nəticə olmadı. İndi əhalinin istifadəyə etdiyi ərzaq məhsullarında artımlarla bağlı şaiyələr dövriyyəyə buraxılıb.

 

Bu gün hansısa məhsulun qiymətində müşahidə edilən oynamaların səbəbləri imkan vermir ki, bu səbəblər narazılıq şəklində hakimiyyəti idarə edən qüvvələrə yönəlsin. Müxtəlif məhsulların dəyərinə sahibkarlıq amilinin cavabdehliyi tənqidləri dövlətdən yayındırır. Bazarlardakı hansısa kənd təsərrüfatı məhsulunun qiymətini dövlət yox, bazar müəyyən edir.

 

Belə bir durumda əhalinin içərisində şayiələrlə, real olmayan qiymət artımı anonsları ilə narazılıq toxumu səpilmək xətti götürülüb. Əhalinin arasında məqsədli şəkildə süni qiymət artımı xofu yaradılır.

 

Lakin yaradılan bu ajioataj heç bir effekt verməyəcək.

 

İlham Əliyevin atdığı addımlar müxalifətin meydana kütləvi narazı təbəqə çıxartmaq imkanlarını heçə endirib. Ölkə vətəndaşı gerçəkləşdirilən sosial, iqtisadi islahatları dəstəkləyir, bu addımların əleyhinə olmasını öz hərəkətlərində büruzə vermir. Son addımların kökündə isə Azərbaycan insanının sosial vəziyyətinin yüngülləşməsi faktoru dayanır,  buna görə də hakimiyyətdən narazı olmaq üçün əsas yoxdur.  Ölkə əhalisinin razılığı, narazılıq əhval-ruhiyyəsini tam sıradan çıxarıb.

 

Müxalifətin şaiyələrinin qabağına hakimiyyət daha güclü sosial rifah vəd edən proqramlarla çıxıb. İlham Əliyev yaxın perspektivdə problemlərin tam həllini vəd edən islahatlar paketinin icrasına başlayıb. Müxalifət isə tam əksinə -şayiələrlə zəngin, populist vədlərlə ortadadır...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!