Modern.az

İlk verilişin ilk təəssüratı

İlk verilişin ilk təəssüratı

Aktual

18 Fevral 2019, 18:15

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü,
veteran telejurnalist


Son zamanlar İctimai Televiziya bir sıra yeni verilişlərlə tamaşaçılarının rəğbətini qazanmaqdadır. Görünür, kanalın rəhbərliyi geniş tamaşaçı auditoriyasını əldə saxlamaq üçün yeni-yeni axtarışlar yolundadır. Təzə kadrların gətirilməsi, müasir texniki vasitələrin geniş tətbiqi və s. də bu qəbildəndir.


Vaxtilə AzTV-də xəbər aparıcısı kimi fəaliyyət göstərmiş Vüsala Səidin bu kanala gəlişi də bir yenilik oldu. Onun layihəsi əsasında ekran təcəssümü tapmış “itvtech” verilişi müasir texnologiyaların tətbiqinin reallaşdırılmasında xüsusi rol oynayır.


Onu da qeyd etmək istəyirəm ki, Vüsalə Səid bu kanala gəlməzdən əvvəl Türkiyənin paytaxtı Ankarada xəbər aparıcıları yetişdirmək üzrə mütəxəssis kimi dəvət almışdı. Bu fəaliyyəti uğurlu alınsa da həmyerlimiz daha baxımlı layihələrə imza atmağa cəhdlər göstərdi, türk həmkarları ilə birlikdə baxımlı layihələr üzərində işlədi.


İctimai Televiziyada isə ötən şənbə günü onun ideyası əsasında “Azərbaycanın dostları” verilişi baş tutdu və mən deyərdim ki, bu, çox uğurlu başlanğıc oldu. Bəzi şirkətlərin reklam kimi öz kanallarına verdikləri ad – “Baxdıqca baxılır” adı elə bil bu verilişə biçilmişdi: həqiqətən veriliş baxdıqca baxılırdı.


Uzun müddətli telejurnalistik fəaliyyətimdə bir ilkin şahidi oldum: bəlkə də səhv edirəm, amma birinci dəfə idi ki, verilişin aparıcısı öz qonağını binanın qapısı önündə qarşılayıb səliqə-sahmanlı foyelərdə gəzdirib  veriliş üçün nəzərdə tutulmuş məkana gətirdi. Müasir dəbdə geyinmiş, aristokrat xanım yeni imicində çox cazibədar görünən Vüsalə xanım bəsit tərtibatlı studiyada bir daha qonaöını salamladı. Qonaq isə kim olsa yaxşıdır? Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu! Çox uğulu seçim idi, sözün əsl mənasında bu veriliş üçün son dərəcə əlverişli, dərrakəli, mütərəqqi düşüncəli  sima idi. Yalşın Topçu Azərbaycana, xalqımıza həddən artıq bağlı bir insandır. Elə buna görə də ...



Onun türkçə səlis danışığına, dünyagörüşünə heyranlıqla qulaq asırdım. Yaddaşına, iki ölkənin dahi şəxsiyyətlərinin – Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin ideyalarını necə dəyərləndirdiyini, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qardşlığına dair konkret misalların, Bakı haqqında təəssüratını alüdəçiliklə dinləyirdim, bir dövlət iki millətin uğurlarına vurğunluğumu gizlədə bilmirdim. Aparıcının isə bir üstünlüyü də məni valeh etmişdi:müsahibini təmkinlə dinləmək bacarığı. Bu hər aparıcıya nəsib olmur. Axı, aparıcının belə nəcib davranışı müsahibinə sərbəstlik veməklə onun fikirlərini dolğun çatdırmağa şərait yaradır.


Bir sözlə, verilişin qonağı da, aparıcısı da təxminən 40 dəqiqə tamaşaçını bir anlığa belə ekrandan ayırmağa imkan vermədi. Məntiqi suallar, əhatəli cavablar sanki tamaşaçıları tilsimə salmışdı, heç tərcüməyə də ehtiyac yox idi. Amma neyləyəsən ki, bizim ekranlarda əcnəbi dildə veriliş səsləndirilmir, belə bir qərar var. Yəqin ki, bu qayda qardaş dilə tətbiq edilməyəcək, istəyimizlə olacaq. Gözləyək, inşallah!


Verilişin sonunda hörmətli qonağa üzərində “Bir millət iki dövlət” sözləri həkk olunmuş tablo hədiyyə edildi. Yalçın Topçu bundan hədsiz duyğulandı, gözlərini nə tablodan, nə studiyadan çəkə bilmirdi, sanki məkandan ayrılmaq istəmirdi. Azərbaycanın əsil dostu bax beləcə təəssürat yaratdı.


Verilişlərin həmişə uğurlu olsun, Vüsalə! Hər şənbə günü efirdə görüşənədək!


P.S. Ad-soyadlarını titrlərdə oxuyub hafizəmdə saxlaya bilmədiyim yaradıcı heyyətə səmimi təşəkkürümü bildirirəm.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı