Modern.az

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

18 Fevral 2019, 19:16

Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Modern.az xəbər verir ki, Nikola Yurçeviçin başçılıq etdiyi milli komanda martın 25-də yoldaşlıq oyunu keçirəcək.
Milli komanda 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.

 

Oyun saat 18:00-da başlayacaq. Bu görüş Yurçeviçin millimizin “sükanı arxası”nda Azərbaycanda debüt matçı olacaq.

 

Qeyd edək ki, millimiz serbiyalı yeni baş məşqçisinin rəhbərliyi altında martın 21-də Xorvatiya yığmasıyla Zaqrebdə rəsmi qarşılaşmada debüt edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı