Modern.az

\"Buta Airways\"ın təyyarəsində nasazlıq yarandı

\

18 Fevral 2019, 19:52

Sərnişinlər AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar.

 

Modern.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.

 

Bu barədə xəbəri "Report"a AZAL-ın sözçüsü Paşa Kəsəmənski təsdiqləyib.

 

Onun sözlərinə görə, uçuşun həyata keçirildiyi "Embraer" markalı sərnişin təyyarəsində nasazlıq yaranıb. Sərnişinlər AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər