Modern.az

Bakıda işə gedən kişi itkin düşdü

Bakıda işə gedən kişi itkin düşdü

18 Fevral 2019, 20:01

Bakıda orta yaşlı kişi itkin düşüb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Arzu Əhməd qızı Həsənova polisə müraciət edərək bildirib ki, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Mehman Vaqif oğlu Həsənov fevralın 8-də yaşadığı evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir