Modern.az

Suriyada partlayış: 9 ölü

Suriyada partlayış: 9 ölü

18 Fevral 2019, 20:28

Suriyada terror aktı törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İdlib şəhərində müxalif qoşunlarının nəzarətində olan ərazidə bomba yüklü iki maşının partladılıb. Hadisə nəticəsində 9 nəfər ölüb. Daha 37 dinc sakin isə xəsarət alıb.

Hadisə barədə açıqlama verən  “Ağ dəbilqəlilər” mülki-müdafiə agentliyinin direktoru Mustafa Həcc Yusifin bildirdiyinə görə, hər iki maşın şəhərin Kusur məhəlləsində partladılıb.

O əlavə edib ki, birinci partlayışdan sonra əməkdaşların əraziyə gəldiyi vaxtda ikinci maşındakı bomba da işə salınıb və agentliyin xilasediciləri də həlak olanlar arasındadırlar. Agentlik direktoru məlumat verib ki, partlayışlar yaxınlıqdakı binalara da ciddi ziyan vurub.

Yaralılardan çoxunun vəziyyətinin ağır olduğu və ölü sayının arta biləcəyi bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir