Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

18 Fevral 2019, 23:43

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,06 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,8 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,79 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir