Modern.az

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Aktual

19 Fevral 2019, 00:53

İraqda qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirib. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Diyala əyalətinin səhiyyə departamenti məlumat yayıb.

25 yaşlı qadın təbii yolla oğlan və altı qız doğub.

Xəstəxananın direktoru ana ilə uşaqların səhhətinin yaxşı olduğunu və bu hadisəni İraq üçün “görünməmiş” adlandırıb.

Ata isə bildirib ki, hamiləliyin özü onlar üçün gözlənilməz olub. Belə ki, ailə daha əvvəl 3 uşağa sahib olub.

Qeyd edək ki, yeddi əkiz uşaq dünyada qeydə alınan ikinci haldır. Belə ki, daha əvvəl 1997-ci ildə ilk dəfə ABŞ-da eyni hal yaşanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?