Modern.az

“Hazırda yollardakı vəziyyəti normal hesab etmək olar”

“Hazırda yollardakı vəziyyəti normal hesab etmək olar”

19 Fevral 2019, 10:11

Hazırda müşahidə edilən hava şəraitilə əlaqədar yollardakı vəziyyəti normal hesab etmək olar. Bunu Modern.az-a açqılamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli bildirib.

 

A.Nəcəfli qeyd edib ki, AAYDA əməkdaşları daha çox qar yağan və çətinlik müşahidə edilən ərazilərdədir:

“Yağıntının daha çox düşdüyü yerlər Quba, Qusar, İsmayıllı, Şamaxı, Ağsu aşırımı, Qobustan, Xızıdır. Əməkdaşlarımız həmin ərazilərə cəlb olunub. Lazımi texnika səfərbər edilib, ehtiyac yaranan hissələrə müdaxilə edirlər”.

 

Şöbə müdiri qeyd edib ki, Lənkəran, Lerik, Gəncə, Qax, Zaqatala istiqamətində ümumiyyətlə yağıntı düşməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir