25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Qalstuksuz həmsöhbət - Fəzail Ağamalı: “O dönərin dadı hələ də damağımdadır” - LAYİHƏ - VİDEO
Qalstuksuz həmsöhbət - Fəzail Ağamalı: “O dönərin dadı hələ də damağımdadır” - LAYİHƏ - VİDEO
19.02.2019, 10:27

“Həyat yoldaşıma dedim ki, bu verilişlər səni də məhv edəcək,  məni də”


“Pişiyimizlə təmasım mənim əhval-ruhiyyəmi tamamilə dəyişir”


“Röyanı çox xoşlayıram, amma kliplərinə baxmıram, açıq-saçıqdır”

 

Modern.az saytı “Qalstuksuz həmsöhbət” layihəsində ikinci qonağı təqdim edir. Bəri başdan qeyd edək ki, layihənin adı o anlama gəlməsin ki, müsahibələr elə ancaq qalstuk taxan kişilərlə qalstuksuz söhbətdən ibarət olacaq. Xeyr, bu layihənin qonaqları sırasında xanımları da görə biləcəksiniz. Yəni layihənin məqsədi müsahib olacaq tanınmış simaları qeyri-rəsmi söhbətə çəkməkdir.

Layihəyə hələlik deputatlarla başlamışıq... Amma gələcəkdə bu sırada digər sahələrdən olan tanınmış simaları da görə bilməniz mümkündür. 

Növbəti müsahibimiz Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıdır.

 

- Fəzail müəllim, qeyri-rəsmi yerlərdə də rəsmi danışıb, rəsmi davranmağı xoşlayırsınız, yoxsa deyib-gülür, zarafat edirsiniz?

- Mən danışıq və davranışlarımı şəraitə uyğun olaraq kökləyirəm. Ciddilik tələb olunan yerlərdə ciddi oluram. Dostların arasındasansa, orada başqa bir aura, səmimiyyət var. Belə mühitdə atmacalar, təbəssüm, gülüş, yumor olur. Dostlarla, yaxınlarınla, ailənlə bir yerdə oturmusansa, şənlikdəsənsə, bu mühitə uyğun davranmalısan. Mən bu cür yanaşmaların  heç birində kompleks daşımıram.

- Evdə necəsiniz?

- Təbii ki, evdə ciddiyəm. Amma diktator deyiləm. Kifayət qədər təmkinliyəm, övladlarımın fikirlərinə çox anlayışla yanaşıram, hörmət edirəm. Ən balaca nəvəm belə ağıllı söz deyəndə, onun başını sığallayıb, üzündən öpüb, “sağ ol” deyirəm.

İstənilən məsələnin müzakirəsində hər bir ailə üzvünün öz fikri olur. Bəzən mənim razılaşmadığım fikirlər də olur. Amma mən buna görə əlimi stola vurmuram, “hökmən mən deyən olmalıdır!” demirəm.


- Deputat həmkarınız Tahir Kərimli bizə müsahibəsində dedi ki, o heç bir ev işini bacarmır, adi çay dəmləməyi belə bilmir. Bəs siz nələri bacarırsınız?


- Çox böyük məmuniyyətlə çay dəmləyirəm. Hazırda yoldaşımla bağ evində qalırıq. Mən yuxudan daha tez oyanıram. Duran kimi, çayniki qaynamağa qoyuram, çay dəmləyirəm, özüm üçün yemək hazırlayıram.

- Nə bişirə bilirsiniz?

- Səhər yeməklərindən hər şey. Yumurtanın soyutmasından, qayğanağından tutmuş, “qlazok” a qədər bişirə bilirəm. Yumurta-pomidor da bişirə bilirəm. Digər yeməkləri bişirmək isə mənlik deyil.

- Evdə hansısa məişət əşyaları və ya digər şeylər xarab olanda özünüz düzəldirsiniz?

- Lampanı dəyişməyi bacarıram. Vaxtı ilə fizikanı yaxşı oxuduğuma görə, gənc yaşlarında evdə elektrik problemi olanda onu da düzəldirdim. Su işində problem yaranırdısa, həll edə bilirdim. Xırda şeylərə görə evə usta çağırmamışam. Eyni zamanda bağ evində olanda gül əkmək, ağacları sulamaqla məşğul oluram. Bir pişiyimiz, bir də itimiz var. Onlara yeməkləri ancaq mən verirəm.

- İnsanlar var ki, həyətində it və pişik saxlasa da, heç zaman onları sığallamır. Bəs siz necə?

- Mən itləri və pişikləri sığallamağı xoşlayıram. Pişiyimizlə təmasım mənim əhval-ruhiyyəmi müsbət mənada tamamilə dəyişir. Mən evə gedən kimi pişik dərhal qabağıma qaçır, ayaqlarıma dolaşmağa, səs çıxarmağa başlayır. Səsindən artıq bilirəm ki, ya tumar istəyir, ya acıb, ya da susayıb.

- Ev heyvanlarına xüsusi qidalar alırsınız?

- Mağazalarda heyvanlar üçün hazır yeməklər satılır. Onları da alırıq, amma ev yeməkləri də veririk.


- Asudə vaxtlarınızda nələr edirsiniz?

- Kitab oxumağı çox sevirəm. Son zamanlar müsahibələrim, açıqlamalarım, müəllif yazılarımı qruplaşdırıram ki, yeni kitab halında buraxdırım. Hardasa 3 min səhifəlik bir materialdır. 2005-ci ilə qədər olanlara gəlib çıxmışam. Fasilələrlə bunun üzərində işləyirəm. Şənbə və bazar  mənim nəvə günlərimdir. Nəvələrim gəlir, onlarla istirahət edirəm, onları dinləyirəm. Suallar verirəm, cavablarını alıram.

- Nəvələrinizin neçə yaşı var?

- Ən böyük nəvəmin 19, ən kiçik nəvəmin isə 7 yaşı var.

- 7 yaşlı uşağa sualı uşaq kimi verirsiniz?

- O baxır uşağın səviyyəsinə. Mənim nəvələrimin o qədər yüksək intellekti var ki, onlarla az qala böyük kimi danışıram. Bəzən mənim rast gəlmədiyim məlumatları, bilgiləri onlardan öyrənirəm. Nəvələrimin oxumağından, intellektindən razıyam. Böyük nəvəm Türkiyədə xüsusi proqramla təhsil alır. Ən balaca nəvəm 2-ci sinifdə oxuyur. Ondan böyük olan isə 4-cü sinifdə oxuyur.

Onlar ölkə və beynəlxalq səviyyədə keçirilən olimpiadaların qalibidirlər. Hətta gümüş medal da alıblar. Hədəfləri isə qızıl medal almaqdır.

- Yemək məsələsində kaprizləriniz varmı?

- Nə gəldi yeyim – belə bir adətim yoxdur. Mən dadlı yeməkləri xoşlayıram. Azərbaycan mətbəxinə üstünlük verirəm. Etiraf edim ki, həyat yoldaşım çox dadlı yeməklər hazırlayır.

- Ən çox hansı yeməyi bəyənirsiniz?

- Fərqi yoxdur, təki o yeməyi həyat yoldaşım bişirsin. Onun bişirdiyi bütün yeməklər dadlı olur. Mən mövsümü yeməklərə üstünlük verirəm.


- Məsələn, xəngəl yeyəndə, yanında araq da olurmu?

- Mən vaxtı ilə içmişəm. Ümumiyyətlə, yeyib-içən kişilərdən biri olmuşam. Son vaxtlar isə içmirəm. 5-6 ildir ki, çox nadir hallarda, qırmızı şərab içərəm. O da ən yaxşısından olarsa.
 

- Xanımınız içməyinizə normal baxırdı?

- Cavan vaxtlarımızda tolerant idi. Son illər səhhətimdə problemlər yarandığından həyat yoldaşım içməyimə aqressiv münasibət bəsləyirdi. Söhbət hardasa 10 il bundan öncədən gedir.. Amma hər şeyin zamanı var. Təbii ki, içki insana böyük ziyan gətirirsə, ondan imtina etmək lazımdır.

- Siqaret çəkirsiniz?

- Ömrümün 30 ilini siqaret çəkmişəm. Bir həkimin sözü ilə siqareti tərgitdim.

- O həkim nə dedi ki?

- O həkim demişdi: “Siqareti çəkməyə davam etsən, sənə maksimum iki il ömür verirəm”. Mən 17 il bundan öncə  Parisdən yaxşı bir siqaret almışdım. Filtr, kömür, 50 franka da alışqan almışdım. Həkim ürəyimə baxıb, müayinə edəndən sonra, xeyli düşündüm. Otelin balkonuna çıxdım, təbiətə, gözəlliyə baxdım. Bütün keçmişim gözüm önündən keçdi, gələcəyimi təsəvvür etdim. Övladlarım gözümün önünə gəldi, həyatın şirinliyini hiss etdim. “Mən niyə siqaretə görə həyatıma son qoymalıyam” deyə özümə sual verdim. Dərk etdim ki, siqareti atmaq lazımdır. Bununla da siqareti tərgitdim, artıq 17 ildir ki, bu pis vərdişdən uzağam.

İnsan sağlam qidalanmalı, sağlam həyat tərzi keçirməlidir. Elə etməlidir ki, Allahın ona verdiyi ömürdən yaxşı mənada zövq ala bilsin.


- Kolleksiyanız varmı?

- Mən kolleksioner deyiləm. Mənim üçün ən böyük hobbi kitab olub. Yaxşı kitabxanam var.

- Televiziya kanallarına baxmaqla aranız necədir?

- Seriallara baxmağı xoşlamıram. Televiziya verilişlərini isə izləyirəm. Mənim üçün ilk növbədə, siyasi, beynəlxalq xarakter daşıyan analitik verilişlər, şərhlər xüsusilə cəlbedicidir. Dünyada gedən proseslərlə bağlı “Ren” TV-nin verilişlərinə baxmağı xoşlayıram. Eyni zamanda Azərbaycanda da analitik verilişləri izləyirəm. Mən hər gün səhər “Xəzər” TV-də Həmid Herisçi ilə İlhamiyyə Rzanın birgə təqdimatındakı verilişə baxıram.

Bazar günləri ATV-nin analitik verilişinə böyük məmnuniyyətlə baxıram. AzTV-də həftəsonu Rövşən Məmmədovun analizlərinə baxıram. Rövşən Məmmədov çox səviyyəli, istedadlı və hazırlıqlı jurnalistdir. Kinoya isə daha çox “Dalğa” TV-dən baxıram.

- Yoldaşınızla televizora baxmaq üstündə mübahisə düşürmü?

- Əvvəllər həyat yoldaşım sosial verilişlərə meylli idi. Görürdüm ki, sosial verilişlərdən sonra özünü çox pis hiss edir. Mənfi emosiyalar ona sirayət edirdi. Həyat yoldaşıma dedim ki, bu verilişlər səni də məhv edəcək, məni də. Mən elə verilişlərə baxa bilmirəm. Çünki baxanda çox narahat oluram. O cür verilişləri, əsəbləri gərginləşdirəcək proqramları izləyib həzm etmək mənim üçün çox çətindir. Yoldaşıma da dedim ki, daha belə verilişlərə baxmasın.

Mən kinoya baxmaq istəyəndə yoldaşım “neynirsən kinonu, çevir ayrı yerə baxaq” deyir. Mən də çevirirəm, 5 dəqiqə baxır, sonra mətbəxə keçir. Mən də həmin anda kinoya çevirirəm (gülür).


- Evə bazarlığı kim edir?

 - Evə mən də bazarlıq edirəm, yoldaşım da. Amma əsas ağırlıq yoldaşımın üzərindədir. Məndə bir qayda var. Evə axşam getməyə hazırlaşanda, həyat yoldaşıma zəng edib evə nəyin lazım olub-olmadığını soruşuram.

Elə də olur ki, bazarlığa bir gedirik. Bizə yoldaşım və məndən başqa heç kim bazarlıq etmir.

- Qulluqçu da saxlamırsınız?

- Xeyr. Sadəcə olaraq həftədə bir dəfə evə gəlib yoldaşıma kömək edən var.

- Fəzail Ağamalı evdə, köhnə adət-ənənələri saxlayan, mühafizəkar biridir?

- Övlad, ata-ana, qadın-kişi, ər-arvad münasibətlərində mühafizəkaram. Milli adət-ənənələrimizə, tariximizə, soykökümüzə çox bağlıyam. Bundan qəti şəkildə yan keçməyə çalışmıram. Övladlarımızı da belə böyütməyə çalışmışıq. Övladlarımız da milli adət-ənənəyə bağlıdırlar. Nəvələrimiz də çalışırıq ki, belə böyüsünlər.

Ancaq bunlarla yanaşı, liberallıq, tolerantlıq da lazımdır. Valideyn övladı nə zaman özünə bağlaya bilir? Övladların fikirlərini dinləməklə. Belə olduqda, övlad ataya və anaya daha çox bağlanır. Və onunla istədiyi söhbəti bölüşə bilir. İstəyir qız olsun, istəyir oğlan – ata ilə açıq olur. Amma elə söhbətlər var ki, böyük sədd olduğuna görə, onu ana ilə edirlər. Buna da normal yanaşıram. Ana övlad üçün tamam fərqli bir anlayışdır, insandır. Bu baxımdan bizim ailədə də klassik Azərbaycan ailəsinin  xüsusiyyətləri, davranışları özünü ifadə edir.


- Belə bir deyim var ki, qızlar atalarına daha çox bağlı olurlar. Sizin də bir qızınız, 2 oğlunuz var. Daha çox hansı bağlıdır sizə?

- Hamısı mənə bağlıdır. Birinin digərindən fərqini hiss etməmişəm. Bir neçə il bundan qabaq səhhətimdə problem yarandı. Onda gördüm ki, oğlanlarım mənin tək qoymadı. Xaricdə idim, biri gəldi, bir getdi. Qızım da yanıma gəlmək istəyirdi, amma qoymadım. Ata kimi özümü xoşbəxt hiss etdim ki, çətin anlarda övladlarım, ailəm yanımda oldu. Bu, mənə böyük güc, stimul verdi.

- Evlərinizə tanınmış şəxslərdən kimlər təşrif buyurub?

- Vaxtilə, hövsələmizin yaxşı vaxtında evimiz qonaqlı-qaralı olurdu. Qohumlarımız, dostlarımız evimizə təşrif buyururdular. Hərəkat dövründə hərəkatın öndə gedənlərinin əksəriyyəti Gənclikdəki “Xruşşovka” evimizdə olublar.

Lakin neçə illərdir ki, artıq evə qonaq gəlmək anlayışında fərqlər əmələ gəlib. Əvvəllər qonaq gələndə, evdə yemək hazırlayırdın, yeyirdin, içirdin, deyirdin, gülürdün. İndi isə buna ehtiyac yoxdur. İnsan düşünür ki, buna görə evdəkilərə niyə əziyyət verim! Buna görə də qonaq gələndə kafeyə, restorana gedirik. Orada istədiyin sifarişi verirsən, söhbətləşirsən, istirahətini edirsən. Sonra hərə öz evinə gedir, evdəki də, sən də, qonaq da narahat olmur. Ailəliklə də belə qonaqlar olur, onlarla da restorana gedirik.

Xüsusi olaraq bir şeyi isə deməliyəm ki, mənim və yoldaşımın ad günləri ancaq evimizdə keçirilir. Hətta mənim 60, 70 yaşım olanda da, biz onu kənarda qeyd etmədik. Çünki ad günlərini kənarda qeyd etməyi xoşlamıram.

- Evdə nə qədər dadlı yeməklər bişirilsə də, ailələr kənardan sifarişlər də verir – məsələn, dönər, lahmacun, pizza. Belə şeyləri xoşlayırsınız?

- Mən dönəri xoşlamıram. Ömrümdə bir dəfə, 1993-cü ildə İzmirdə dönər yemişəm. Çox dadlı idi. O dönərin dadı hələ də damağımdadır. Bakıda da bir dəfə dönər yeməyə cəhd etdim, amma gördüm ki, yaxşı deyil.

İndi də Türkiyəyə gedəndə  “İsgəndər” dönəri yeyirəm. Arada nəvələrimlə, övladlarımla suşi, pizza yeməyə gedirik. Evimizdə isə çox nadir hallarda belə sifarişlər olur. Adətən pizza sifariş veririk.


- “Kola” xoşlayırsınız?

- Mən “Koka-Kola”nı xoşlamıram. Onun ziyanlarını dərk edərək, insanlara da çağırış edirəm ki, “Koka-Kola” içməsinlər. Mən evdə də “Kola”nı nəvələrimə qəti qadağan etmişəm. Onlar isə atalarını, analarını məcbur edirlər ki, “Kola” alsınlar. Məni görən kimi isə gizlədirlər ki, görməyim. Energetik içkilər də bizim evdə birmənalı qadağandır.

Mən nəvələrimə “Makdonalds”a getməyi də qadağan etmişəm. Çünki onların əti, ərzağı Amerikadan gəlir. Onlara da xüsusi maddələr vururlar ki, dadı yuxarı olsun. Çalışmaq lazımdır ki, qidalanma təmiz olsun.

- Elə hal olubmu ki, elçiliklərə gedəsiniz, amma imtina cavabı olsun?

- Övladlarım üçün elçiliyə getmişik. Bacım, qardaşım uşaqları üçün olan elçiliklərə getmişəm. Getdiyim yerlərdə imtina olmayıb. Elə olub ki, yaxın dostlarımın övladlarının da elçiliyinə getmişəm. O elçiliklərdən də heç zaman əliboş qayıtmamışam.

- Siz geyimlərinizdə yerli brendlərə üstünlük verirsiniz, yoxsa xarici?

- Yerli marka varmı? Mənə göstərə bilərsiniz?


- “Emiland”.

- “Emiland”ə getmirəm. Ora gedib sifariş verməlisən, paltar tikilməldir. Mən sadəliyi sevirəm. Bir də ona üstünlük verirəm ki, paltar mənə yaraşır, məni eybəcərləşdirmir. Mən də özümə yaraşanı geyinirəm. Açıq etiraf edim ki, 2-3 min manatlıq kostyum geyən deyiləm. Mənim ən bahalı kostyumların 500-600 manatlıq kostyumlardır. O kostyumlar da İtaliya, Fransa istehsalıdır. Adamlar var ki, gedib 2-3 min manatlıq kostyum alır, bununla fəxr edir. Hərdən də pencəklərini qaldırırlar ki, insanlar hansı markadan olduğunu görsün. Belə düşüncələrdən tamamilə kənaram.

- Şah İsmayıl Xətainin portretini görürük. Bunu sizə kim hədiyyə edib?

- Bunu mənim yubileyimdə partiyamızın üzvləri hədiyyə ediblər. Hər kəs bilir ki, mənim Şah İsmayıl Xətaiyə çox böyük simpatiyam var. Şah İsmayıl Xətaidən sonra Azərbaycan xalqının ən böyük oğlu ümummilli lider Heydər Əliyevdir.

- “Gənclik”dəki “Xruşşovka” eviniz və Novxanıdakı bağ evinizin birgə aylıq kommunal xərci nə qədər tutur?

- Bağ evində kommunal xərclər əsasən, kombi sistemimə gedir. Bağ evində aylıq təxminən 180 manat kommunal xərcimiz çıxır. “Gənclik”də isə az olur. Bağ evindəkinin üçdə biri qədər.

- Musiqi dinləməklə aranız necədir? İfa etdiyiniz musiqi aləti varmı?

- Xeyr, ifa edə bilmirəm. Musiqi dinləməyi isə çox xoşlayıram. Klassik Azərbaycan musiqilərini, dahi bəstəkarlarımızın musiqilərini dinləyirəm. Aşıq sənətini, muğamı, estradanı da xoşlayıram. Amma baxır kim oxuyur! Etsradada indikilərdən Röyanı çox xoşlayıram. Röyanın səsi həqiqətən də gözəldir!

- Kliplərinə də baxırsınız?

- Xeyr. Kliplərini xoşlamıram. Bu da mənim açıq-saçıqlığı xoşlamamağımla əlaqədardır. Bu da onun seçimidir. Bu, onların imicidir. Mübariz Tağıyevin də mahnılarını da çox bəyənirəm. Muğama gəlincə, bizim Alim Qasımov kimi nəhəngimiz var.

Necə ola bilər ki, sən Rübabə Muradovanın ifasında “Heydərbabaya salam” mahnısına qulaq asmayasan?! Və ya Şövkət Ələkbərovanın “Dərələr” mahnısına biganə qalasan?! Bu, mümkün deyil. Zeynəb Xanlarovanın gözəl ifalarına da biganə qalmaq olmaz. Rəşid Behbudovun, Müslüm Maqomayevin də həmçinin. Polad Bülbüloğlunun muğamla estradanın sintezindən irəli gələn gözəl mahnılarına da laqeyd yanaşmaq olmaz!

- “Pul əl çirkidir” deyirlər. Sizə görə də belədir?

- Mən belə yanaşmıram. Pul çox lazımlıdır, amma hər şey deyil. Pul olmasa insan normal yaşaya bilməz, evi olmaz. Amma onu da demirəm ki, pula sitayiş olmalıdır. Pula sitayiş kapitalizmin ən dəhşətli eybəcərliklərindən biridir. İnsan çalışmalıdır ki, onda pula sitayiş əmələ gəlməsin. Pulu da elə qazansın ki, ailəsini dolandıra bilsin və ailəsi heç kimə möhtac qalmasın. Hədsiz dərəcədə pul qazanmaq meylini də qəbul etmirəm. Hədsiz pul qazanmağa meyllilik özü də bir xəstəlikdir. Pul çox olanda artıq insan pulu yox, pul insanı idarə etməyə başlayır. İnsanı məhvərindən çıxardır, ona şəxsi faciələr gətirir. Əgər bu pul alın təri ilə qazanılırsa, ona heç bir bədbəxtlik gətirmir. Pul xalqın,  dövlətin inkişafına sərf olunursa, bu da vacibdir.

- Ailə həkiminiz varmı?

- Evimizə gələn həkim yoxdur. Amma inandığımız həkimlər var. Ürək klinikasında Abbasəli həkim var, ona çox güvənirik. Can həkimi kimi Sevinc həkimə müraciət edirik.

Sınaqdan keçmiş, inandığımız həkimlər var. O həkimlər evimizə gəlmir,  biz onların ayağına gedirik.



Aqşin Kərimov,
Mirmahmud Kazımoğlu


VIDEO
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu
24.03.2019, 23:40

“Qırmızı Körpü”də külli miqdarda siqaret və kürü tutuldu

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü
24.03.2019, 23:23

Fəhlə Oğuzda işlədiyi tikintidə öldü

Rusiya Qazaxıstana şans vermədi
24.03.2019, 23:01

Rusiya Qazaxıstana şans vermədi

NATO baş katibi  Gürcüstanda
24.03.2019, 22:44

NATO baş katibi  Gürcüstanda

Goranboyda azyaşlının üstünə qaynar su töküldü
24.03.2019, 22:20

Goranboyda azyaşlının üstünə qaynar su töküldü

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü
24.03.2019, 22:03

“Taliban”ın hücumu nəticəsində 10 hərbçi öldü

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri
24.03.2019, 21:37

“Azərbaycan köçkünlərin Qarabağa qayıdışına dair sülhün imzalanacağına ümid edir” – İcma sədri

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür
24.03.2019, 21:15

Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov
24.03.2019, 21:01

“Neftçi”nin çempion olacağı barədə mənə heç nə deyilməyib” – Qurban Qurbanov

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi
24.03.2019, 20:46

Hakim partiya İstanbulda izdihamlı mitinq keçirdi

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO
24.03.2019, 20:34

Finlandiyada Novruz bayramı qeyd edildi - FOTO

Bakıda dənizdə batan şəxs xilas edildi
24.03.2019, 20:19

Bakıda dənizdə batan şəxs xilas edildi

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı
24.03.2019, 20:02

Eldar Sabiroğlu təcili Türkiyəyə aparıldı

Gözlər yoldan yığılarmı... - XII YAZI   
24.03.2019, 19:47

Gözlər yoldan yığılarmı... - XII YAZI  

Millimizin baş məşqçisi: “Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”   
24.03.2019, 19:31

Millimizin baş məşqçisi:Bizi bu sensasiyadan cəmi 10 dəqiqə ayırdı”  

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  
24.03.2019, 19:19

Keçmiş məhkumlar Əli İnsanovun başına toplaşdılar - FOTO  

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ   
24.03.2019, 19:03

Deputatlar QHT sədri ola, qrant ala bilməz? - Hüquqşünas AYDINLIQ GƏTİRDİ  

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi   
24.03.2019, 18:54

Mixail Saakaşvilinin partiyasına yeni sədr seçildi  

Mir Şahinin 1 yaşlı “Real”ı
24.03.2019, 17:27

Mir Şahinin 1 yaşlı “Real”ı

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər
24.03.2019, 17:25

Finlandiya XİN rəhbərinə hücum etmək istəyiblər

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir
24.03.2019, 17:09

Gürcüstanda yaşayan azərbaycanlı icra başçısı vəzifəsinə namizəddir

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019, 17:02

Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar
24.03.2019, 16:06

Bakıdan gedən qatarı bəy-gəlin qarşıladı - Fotolar

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT
24.03.2019, 15:44

Əli İnsanov: “Cənab prezident! Qarşınızda xəcalət çəkirəm” - MÜRACİƏT

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ
24.03.2019, 15:38

Ermənistanda analar oğullarını Qarabağa göndərmək istəmirlər - ETİRAZ

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı
24.03.2019, 15:35

Postsovet məkanından olan 3 veteran terrorçunu ölüm haqladı

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi
24.03.2019, 15:22

Məşhur meyxanaçı Aydın Xırdalanlı dəfn edildi

Almaniyalı alim: “Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb”
24.03.2019, 14:47

Almaniyalı alim: Erməni konyakını əslində Tovuzda yaşayan almanlar yaradıb

Nazarbayev yenidən prezident ola bilər
24.03.2019, 14:36

Nazarbayev yenidən prezident ola bilər

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib
24.03.2019, 14:30

Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."
24.03.2019, 14:19

"Ola bilsin, Allah Trampı İsraili xilas etmək üçün göndərib..."

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var
24.03.2019, 13:47

Türkiyədə hərbçilər qəzaya uğrayıb, ölən və yaralananlar var

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq
24.03.2019, 13:20

Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq

Çin Pakistana 2,1 milyard dollar kredit verir
24.03.2019, 13:12

Çin Pakistana 2,1 milyard dollar kredit verir

Zakir Həsənov ABŞ-a gedir
24.03.2019, 13:03

Zakir Həsənov ABŞ-a gedir

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 
24.03.2019, 12:10

Füzulidə qatarla minik avtomobili toqquşub, ölən var 

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı
24.03.2019, 11:43

Təbii fəlakətdə ölənlərin sayı 732-yə çatdı

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib
24.03.2019, 11:29

Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı
24.03.2019, 11:04

Azərbaycan bu ölkə ilə viza müqaviləsi imzaladı

ABŞ-da atışma: 1 ölü, 3 yaralı
24.03.2019, 10:49

ABŞ-da atışma: 1 ölü, 3 yaralı

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb
24.03.2019, 10:35

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Atəşkəs 23 dəfə pozulub
24.03.2019, 10:14

Atəşkəs 23 dəfə pozulub

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM   
24.03.2019, 10:05

Bu gün Avro-2020-nin 10 oyunu keçiriləcək - TƏQVİM  

İndoneziyada 6 bal gücündə zəlzələ
24.03.2019, 09:55

İndoneziyada 6 bal gücündə zəlzələ

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb
24.03.2019, 09:50

Bəndin dağılması zamanı ölənlərin sayı 212-yə çatıb

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır
24.03.2019, 09:42

Bu yol Qarabağın Ermənistana birləşdirilməsinə aparır

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR
24.03.2019, 09:29

Avro 2020 yolunda növbəti matçlar - NƏTİCƏLƏR

ARXİV