Modern.az

Ötən ildən axtarışda olan şəxs saxlanılıb

Ötən ildən axtarışda olan şəxs saxlanılıb

19 Fevral 2019, 10:36

DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan Modern.az-a verilən məlumata görə, İsmayıllı  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  178.2.1 ( Dələduzluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və  178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə)  maddələri ilə axtarışda olan Salyan rayonu Yolüstü kənd sakini Türkel Ağarzalı saxlanılıb.  O, İsmayıllı RPŞ-yə gətirilib və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır