Modern.az

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

19 Fevral 2019, 17:11

Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimli Böyük Britaniyanın Azərbaycandakı səfirliyində medianın durumu haqqında müzakirə aparıb.

Modern.az xəbər verir ki, bu barədə Pərviz Həşimli özünün sosial şəbəkədəki hesabında yazıb: 

“Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyində oldum. Səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi və vitse-konsulu Ceyms Holderlə medianın mövcud durumu, insan hüquqları sahəsində vəziyyətə dair müzakirələrim oldu. 
Azərbaycanda baş verən hər bir hadisə Böyük Britaniyanın , o cümlədən Avropa Birliyinə üzv ölkələrin diqqətindədir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi