Modern.az

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ  

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ   

19 Fevral 2019, 17:27

Modern.az Bolqarıstanın Trakya Universitetinin Tarix fakültəsinin müəllimi Dr. Bülent Yıldırımın müsahibəsini təqdim edir:

- Balkan yarımdasında bu gün nə qədər insan türkcə danışır?


- Bu gün Balkanlarda 2 milyona yaxın insanın türk dilində danışdığını və türk dilini yaşatdığını deyə bilərik. Türklər türkcənin Balkanlardakı varlığını qoruyur. Türkcə Balkanlarda yaşadılır. Bölgədə ən çox türkdilli insan Bolqarıstanda yaşayır. Türklər Bolqarıstanda önəmli bir nüfuza malikdir.

- Rəsmi rəqəmlər nə deyir?


- 2011-ci ildə aparılan sıyahıyaalmalara görə, ana dili türkcə olanların sayı 605 min olub. Təbii ki, bu rəqəm tam olaraq reallığı əks etdirmir. 2001-ci ildəki sıyahıyaalmada bu rəqəm 746 min idi. Azalmanın əsas səbəbi Bolqarıstanın Avropa Birliyinə daxil olmasından sonra minlərlə türkün Avropaya işləməyə getməsi oldu. Bu amil siyahıyaalmada təsirini göstərib.

- Bu gün vəziyyət necədir?

- Bolqarıstanda hələ 800 min türk var. Türkcə danışan müsəlman rumınlarla birlikdə 1,5 milyona yaxındır. Ümumilikdə, Bolqarıstanda 1,5 milyon insan türkcə danışır. Kənarda da yaşayan türklər öz milli kimlərini, dillərinə sahib çıxırlar. Türk dilini Balkanlarda qoruyurlar.

- Yunanıstan, Rumıniya, Makedoniya, Kosovoda türklərin sayı nə qədərdir?

- Qərbi Trakyada 150 min türk var. Rodos, İstanköy və 12 adada da az olsa, 5 minə qədər, Rumıniyada 150 minə yaxın türk yaşayır. Makedoniyada 100 min, Kosovoda 70 min türk yaşayır. Bolqarıstanda türkcə danışanlarla yanaşı, yuxarıda qeyd edilənləri nəzərə alsaq, ümumi 2 milyon türk var.

- Bildiyimiz qədər Türkiyəyə köç çox olub...

- Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Balkanlarda ən çox köç Bolqarıstandan olub. Bu günə qədər təxminən 1 milyon türk Bolqarıstandan Türkiyəyə köç edib. Xüsusilə, 1989-1993-cü illərdə 350 min nəfərin Türkiyəyə getməsi bilinəndir. Bu köçlər Bolqarıstan Avropa Birliyinə daxil olana qədər davam edib. 1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsindən bu günə qədər ümumilikdə 1 milyon 736 min 465 türk Bolqarıstandan Türkiyəyə yaşamaq üçün gedib.


Elnur Eltürk

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi