Modern.az

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

19 Fevral 2019, 18:01

Fevralın 19-da Muzey Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bir sıra muzeylərin ziyarəti üçün onlayn bilet satışının təşkil olunmasına həsr edilən tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova internet üzərindən bilet satışı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, layihə çərçivəsində yeddi mədəniyyət ocağı - Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Teatr Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyini ziyarət üçün iticket.az saytı vasitəsilə bilet satılması nəzərdə tutulur. Onlayn bilet satışı həm vətəndaşlarımızın, həm də ölkəmizə gələn turistlərin rahatlığını təmin edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Qabil Abbasov çıxış edərək layihənin texniki tərəflərindən söz açdı. Vurğuladı ki, Mədəniyyət Nazirliyi elektron xidmətlərin müasir tələblər səviyyəsində qurulması istiqamətində işlərini davam etdirir.

İticket.az şirkətinin əməkdaşı Ziya Məmmədov şirkət haqqında geniş məlumat verdi. Bildirdi ki, Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən saytda ölkəmizdə təşkil olunan idman yarışlarına, konsertlərə və digər bu kimi tədbirlərə onlayn bilet satışını həyata keçirir.

Daha sonra bilet satışının reallaşdırılması qaydaları nümayiş olundu, layihə ilə bağlı fikir mübadiləsi aparıldı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi