Modern.az

TAP layihəsi 85 faizdən çox icra olunub

TAP layihəsi 85 faizdən çox icra olunub

19 Fevral 2019, 18:25

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan TAP-ın icraçı direktoru Luca Schieppati və prezidenti Valter Peeraeri qəbul edib.

 

Modern.az-ın məlumatına görə, görüşdə TAP-ın  Albaniya, Yunanıstan və İtaliya hissəsində görülən işlər barədə ətraflı məlumat verilib.

 

Luca Schieppati bildirib ki, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP qaz boru kəməri layihəsi üzrə işlərin 85 faizdən çoxu icra olunub. İtaliyada hazırda  boru kəmərinin qəbulu terminalı, mikrotunel sahəsi və dənizə çıxış hissəsində işlər davam etdirilir. Onun sözlərinə görə, TAP 2020-ci ildə Azərbaycanı qazını qəbul etməyə hazır olacaq.  

 

Nazir Pərviz Şahbazov TAP layihəsi üzrə irəliləyişləri və İtaliya hökumətinin mövqeyini yüksək qiymətləndirib. Layihənin region ölkələri, o cümlədən İtaliya üçün  bir çox aspektlərdən mühüm əhəmiyyət daşıdığını  və TAP-ın tikintisinin planlaşdırılan  vaxtda yekunlaşacağına   əminliyini ifadə  edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır