Modern.az

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub

19 Fevral 2019, 19:26

Bu gün Ağstafa şəhər 2 saylı tam orta məktəbdə 21 fevral  Ana dili günü ilə əlaqədar bədii kompozisiya təşkil edilib.

Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib. 

Bildirildi ki, “Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır”- deyə qeyd edilib.

Daha sonra şagirdlər "Var olsun bal dadan Ana dilim - Oğuz türkcəsi”, "Ana dilim Doğma dilim”, "Dilimiz varlığımızdır”, "Ana dilimizi qoruyaq” şüarları ilə öz fikirlərini ifadə ediblər. Sonda şeir, musiqi və səhnəciklər nümayiş etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır