Modern.az

“O, ölkədən qaçmaq niyyətindədir- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB

“O, ölkədən qaçmaq niyyətindədir”- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB

19 Fevral 2019, 19:02

Azərbaycan Dillər Universitetinin (ADU)işdən çıxarılan əməkdaşı Pərvin Mürsəlova bəzi saytlarda universitetin rektoru akademik Kamal Abdullanın adını hallandırmaqla bəzi əsassız ittihamlar irəli sürüb.

 

Bu haqda ADU-dan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, P.Mürsəlova “Kamal Abdulla mənim və yaxınlarımın təhlükəsizliyinə məsuliyyət daşıyır” “bəyanat”ını verməklə, görünür, ürəyində hələlik gizli saxladığı məqsədinin ilkin anonsunu verir.

 

Pərvin Mürsəlovanın bu “bəyanat”ından aydın olur ki, guya Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla onu təhdid edir, özünü və yaxınlarını hədələyir.

 

Halbuki, işdən əsaslı şəkildə uzaqlaşdırılan bu xanımla bir dəfə də olsun heç bir universitet rəsmisi əlaqə saxlamayıb, dolayı yollarla olsa da, ona hansısa mesajlar ötürməyib. Pərvin Mürsəlovanın bu bəyanatı ondan xəbər verir ki, o, ölkədən qaçmaq, xaricdə sığınacaq almaq niyyətindədir. Çünki sığınacaq almaq üçün müraciət edildikdə, həmin şəxsin və yaxınlarının təhlükəsizliyinə problem yaradılması, o cümlədən təqib olunması ilə bağlı fakt və sübutlar tələb edilir. Halbuki, bu cür fakt və sübutlardan söhbət belə gedə bilməz.  

Pərvin Mürsəlovanın səsləndirdiyi ittihamları əsassızdır. Azərbaycan Dillər Universitetinin Mətbuat xidməti universitet əleyhinə səsləndirilən şər və böhtan xarakterli bütün yazıların rəsmi təkzibini verir, faktlarla və sənədlərlə həqiqətləri ictimaiyyətə təqdim edir. Təkrar qeyd etmək istəyirik ki, xüsusilə universitetdə iğtişaşlar yaratmağa, tələbələri aksiyalara cəlb etməyə çalışan, əmək intizamını kobud şəkildə pozan, işində ciddi nöqsanlar buraxan və bütün bunlara görə də universitetdən çıxarılan Pərvin Mürsəlova, həmçinin onun yaxınları nə Azərbaycan Dillər Universiteti, nə də ki, şəxsən Kamal Abdulla üçün maraqlı deyil”.

 

Bildirilib ki, P. Mürsəlova şər və böhtan xarakterli çıxışları ilə sadəcə çirkin niyyətini əyani şəkildə təcəssüm etdirir.

 

“Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarına əsasən, universitetin nüfuzuna xələl gətirən şər və böhtan xarakterli yazılar barəsində hüquqi müstəvidə ölçü götürüləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır