Modern.az

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir

19 Fevral 2019, 21:24

Qubanın Təngəaltı istirahət zonasında “Prado” markalı maşın aşıb. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yolların buz bağlaması ilə əlaqədar olaraq avtomobilin sürücüsü idarəetməni itirib. İki nəfər - sürücü və yanındakı sərnişin köməksiz vəziyyətdə avtomobildə sıxışıb qalıb.

 

Hazırda FHN Xaçmaz regional mərkəzinin xilasecidiləri həmin əraziyə gedirlər.

 

Hadisə yerinə Quba rayon polis şöbəsinin əməkdaşları da cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi