Modern.az

Gürcüstan Rusiya ilə müharibəyə hazırlaşır?

Gürcüstan Rusiya ilə müharibəyə hazırlaşır?

Təhsil

15 Dekabr 2009, 12:25

Gürcüstan Cənubi Osetiyada 5 günlük müharibədə məğlubiyyətə görə revanşa hazırlaşır. Modern.az-ın Rusiyanın “Vedomosti” qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya Tbilisinin yeni müharibə planlarından narahatdır. Qəzetin bugünkü sayında dərc olunmuş məqalədə bildirilir ki, yeni müharibə ocağı Cənubi Osetiyada Axalqori rayonunda yarana bilər. Rusiya Müdafiə Nazirliyindəki mənbə qeyd edir ki, Gürcüstan artıq Axalqori  rayonunda qoşun qruplaşmaları yerləşdirməkdədir. Gürcü tərəfi tez-tez hərbi birləşmələrin rotasiyasını aparır, qərb hərbi mütəxəssisləri isə gürcü hərbçilərinə dağlıq ərazilərdə  hərbi manevrlərlə bağlı təlim keçir.

Axalqori  rayonunun əhalisi əsasən - 70 faizi gürcülərdən ibarətdir. 2008-ci il  avqustun  8-ə kimi  Gürcüstanın nəzarətində olub. RF Müdafiə Nazirliyindəki mənbə qeyd edir ki, hazırda rayonda Rusiya ordusunun iri tank və artilleriya  qüvvələri cəmləşib.  Cənubi Osetiya rəsmiləri də osetin və gürcü hərbçiləri arasında gərginlik olduğunu qeyd edir, lakin bunun müharibə qabağı gərginlik olmadığını deyirlər.

 

Gürcüstan Daxili İşlər Nazirliyi isə Rusiya hakimiyyət dairələrinin bu cür bəyanatlarını  təxribat adlandırır və əsassız olduğunu qeyd edir.

 

Qeyd edək ki, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov Gürcustana xaricdən fəal şəkildə silah daxil olduğunu və Gürcüstanın hərbi cəhətdən ötən ilin avqustundan daha güclü olduğunu deyib. RF xarici işlər naziri Sergey Lavrov da Gürcüstanın artıq hərbi  gücünü tam bərpa etdiyi qənaətindədir.  RF Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi Aleksandr Şlyxturov da qeyd edib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyaya qarşı  hərbi müdaxilə gücündədir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı