Modern.az

Dövlət rəmzləri və gənclik

Dövlət rəmzləri və gənclik

6 Dekabr 2011, 14:42

Modern.az saytı Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən layihə həyata keçirir. Bu layihə çərçivəsində deputat müxtəlif janrlarda yazı yazan tələbələrin məqalələri Modern.az saytında yerləşdirilir. 
Bu dəfə 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva tələbələrin intellektual gücünü yoxlayır. Deputat bildirib ki,  “Dövlət rəmizləri və gənclik” mövzusunda tələbələrin yazılarına çox diqqətlə baxacaq: “Mən tələbələri bu məsələdə fəal olmağa çağırıram”.   
Aşağıdakı yazı bu layihə çərçivəsində hazırlanıb.

***
Dövlət rəmzlərinə hörmət etmək hər bir Azərbaycan vətəndaşının müqəddəs bir borcudur və onlar  Azərbaycan Respublikasının Konstitusiyanın 23-cü maddəsində göstərildiyi kimi Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himnidir. Əlbəttə ki, bu rəmzləri bilməyən insan özünü nə dərəcədə vətəndaş adlandırılması olduqca maraqlı məsələdir. Çox təəssüf ki, Konstitusiyamız Azərbaycanda insanları vətəndaşlıqdan məhrum etməyi qadağan edir, yoxsa belə şəxsləri ölkə vətəndaşlığından məhrum etmək lazımdır. Necə ki, bu rəmzlər sıradan bir görüntü deyildir. Onlar bir dövlətin var olmasını bildirən nəsnələrdir. Elə isə gəlin başlayaq Dövlət Bayrağından. Bu adi bir parça deyildir. Bayrağa tarix boyunca həmişə xüsusi önəm verilmişdir. Bayrağın döyüşdə itirilməsi böyük məğlubiyyət hesab olunub və onun uğruna qanlarını, canlarını belə əsirgəməmişlər. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin zamanında qəbul edilmişdir. Bu bayraq bir millətin bütün keçmişini özündə əks etdirir. Vaxtilə türkçülüyün böyük alimlərindən və aydın insanlarından olan Əli bəy Hüseynzadə özünün məqalələrində əks etdirdiyi Türkləşmək, Çağdaşlaşmaq və İslamlaşmaq fəlsəfəsini ilk dəfə praktiki olaraq səhnəyə gətirildi. Bu fəlsəfə bir milllətin dövlətinin dövlətçilik prinsiplərinə çevrildi. Üzərindən 70 illik bir Sovet imperializminin dalğası keçməsinə baxmayaraq bu ideallar unudulmadı və bir daha türkün şanlı ulduzu parladı. Hazırda da başımızı üzərində dalğalan bu üçrəngli bayraq – Mavi, Qırmızı və Yaşıl rənglərdən ibarət 1:2 nisbətində olan – tarix durduqca bizim şərəfimiz olaraq qalacaqdır.

Bütün bu sadalananlar Dövlət Himninə də aiddir. Nə zaman bu möhtəşəm musiqini eşidəndə insanda bir ruhi yüksəliş yaşanır. Biz hər zaman iki böyük Azərbaycan övladına minnətdar olacağıq belə gözəl əsərə görə. Bunlar Üzeyir Hacıbəyli və Əhməd Cavaddır. Ruhunuz şad olsun, ey böyük insanlar!

Azərbaycan gəncliyi hazırda bu qloballaşan dünyada inkişafın tərkib hissəsi kimi öz renessansını yaşayır. Gənclərin dövlət rəmzləri haqqında biliklərinin yetərli olmamasının əsas səbəblərindən biri kimi informasiyanın yoxluğudur. Gənclərin əsas hissəsi televiziya verilişlərinə baxırlar. Ancaq efirdə isə tamam başqa məsələlər verilir. Bunların isə bizim gəncliyimizə heç bir xeyri yoxdur. Əgər biz hazırda gənclərin ən sıx olduğu yerdə bir sorğu keçirsək, tamam fərqli situasiya ilə qarşılaşacağıq. Səbəb isə bəllidir. Məlumatsızlıq. Əgər tele-radio məkanında bütün günü şou-proqramlarına yer ayrılırsa, gənclərin heç bir informasiya almaq imkanı olmursa, nəticə də bucür olacaqdır. Gənclərin problemlərinin həlli istiqamətində əsas addım kimi maarrifləndirici proqramların həyata keçirilməsi olduqca vacibdir. Əgər gənclərin milli-dövlətçilik dəyərlərinə gələcəkdə sahib çıxmasını istəyiriksə bunu ilk növbədə təməlini möhkəmləndirməliyik. Yoxsa ki, gələcəyimiz təhdid altında qalmış olacaqdır. Möhkəm zəmin üzərində qurulmuş gələcəyi silkələmək, titrətmək heç kimin gücündə deyildir.

Amma hazırda təhsil almış gənclərin dövlət rəmzləri haqqında bilgilərini qənaətbəxş qiymətləndirmək olar. Bir də ki, gəncləri maraqlandıran məsələlərdən biri də dövlət haqqında yetəri bilgiyə sahib olmamalarıdır. Bunun da məsuliyyəti Qeyri-Hökümət Təşkilatlarının üzərinə düşür. Hamı cəmiyyətdə öz sosial məsuliyyətini dərk edərsə, bizi maraqlandıran problemlərə də son qoymuş olarıq. İnanırıq ki, buna bir gün nail olacağıq. Tanrı bizi hifz etsin və yolumuzu işıqlandırsın.

Nicat Quluzadə
Xəzər Universitetinin Regionşünaslıq ixtisası üzrə magistratura tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi