Modern.az

İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB

İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB

20 Fevral 2019, 01:05

İran İslam Respublikasının Avrasiya İqtisadi Birliyinə üzvlüyü birmənalı qarşılanmır. Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu o qənaətdədir ki,   Rusiya İrana 5 milyard dollar borc pul verir.

Politoloq yazır ki, bunun əvəzində İran Rusiyanın hegemon olduğu Avrasiya İqtisadi Birliyinə üzv olacaq: “Bu İranın Rusiyadan asılılığını artıracaq. İran İslam Respublikasının qurucusu Xomeyni vaxtilə deyərdi ki, “nə Qərb, nə də Şərq”. İndi isə Tehran “şərqi” seçir və bununla teokratik islam dövləti xristian dövlətlə ittifaq qurur. Bu 40 illiyini qeyd edən islam dövləti tarixində bir ilk olacaq”.

 

***

 

 

İran İslam Respublikasının bu ilin martın sonuna kimi Avrasiya İttifaqına qoşulması layihəsi təsdiqlənəcək. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu İranın energetika naziri Rza Ərdəkanian deyib.

 

R.Ərdəkanianın sözlərinə görə, hazırda layihə İran parlamentinin gündəmindədir və ilin sonuna kimi təsdiqlənməsi qərara alınıb.

Nazir deyib ki, ehtiyacların təmin olunması üçün bazarlarda iştirak İranın əsas prioritetlərindən biridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır