Modern.az

Yanğında 7 uşaq öldü

Yanğında 7 uşaq öldü

19 Fevral 2019, 23:28

Kanadanın Halifaks şəhərində yanğın nəticəsində 7 uşaq həlak olub. Modern.az xəbər verir ki, faktı şəhər polisi təsdiqləyib. Yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib.

 

Məlumata görə, ölənlər bir ailənin uşaqlarıdır. Hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

CTV telekanalın məlumatına görə, söhbət suriyalı ailədən gedir.

 

Qonşuların verdiyi məlumata görə, ölən uşaqlardan ən kiçiyi 3 aylıq olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı