Modern.az

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi

19 Fevral 2019, 23:41

Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında baş verən atışmada 16 terrorçu öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı Misirin Daxili İşlər Nazirliyi yayıb.

 

Nazirliyin məlumatında bildirilir ki, iki ayrı-ayrı məntəqədə gizlənən terrorçular Sinay yarımadasının şimalındakı Ariş şəhərində yerləşən obyektlərə silahlı hücum planlaşdırıblar. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar nəticəsində onlardan 16-sı məhv edilib.

 

Ötən həftənin cümə günü terrorçuların silahlı hücumu nəticəsində Misir təhlükəsizlik qüvvələrinin 15 hərbçisi həlak olmuş və yaralanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...