Modern.az

“Səbail” klubu 2400 manat cərimələndi

“Səbail” klubu 2400 manat cərimələndi

20 Fevral 2019, 00:13

AFFA İntizam Komitəsi daha bir klubu cərimələyib. Modern.az AFFA-nın saytına istinadən istinadən xəbər verir ki, bu dəfə "Səbail" klubu 2400 manat məbləğində cərimələnib.

 

Buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır.

 

Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.

 

Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır